Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-38/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12 iyun 2019-cu il tarixli, 200842-716161\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 51575 (əlli bir min beş yüz yetmiş beş) manat 43 (qırx üç) qəpik, əsas borca hesablanmış faiz borcu-13915 (on üç min doqquz yüz on beş) manat 40 (qırx) qəpik olmaqla, cəmi 65490.83 (altmış beş min dörd yüz doxsan) manat 83 (səksən üç) qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və 286 (iki yüz səksən altı) manat 47 (qırx yeddi) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X3, X4, X1 və Qarayeva Günay Lütviyar qızının ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 12 iyun 2019-cu il tarixli, GA.716161.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış binası (ümumi sahə 165.40 kv.m) 12 iyun 2019-cu il tari GA.716161.1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 12 iyun 2019-cu il tarixli, 200842-716161\1 nömrəli kredit müqaviləsi ilə illik 18 faiz dərəcəsi ilə 30 ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit verilmişdir. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3332/2021 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Mediasiya Şurasına müraciət edilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 10 dekabr 2021-ci il tarixli, MŞİH-08810 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış verilmişdir. İddiaçı ASC tərəfindən hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmiş və işə aidiyyatı üzrə ümumi məhkəmələrdə baxılmalı olduğu üçün Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-261/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. İddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı təşkilatdan 30 ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təmiantı kimi onun mülkiyyətində olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Hazırda, tələb olunan borc məbləğinin ödənilməsindən boyun qaçırmır. Belə ki, cavabdeh hazırd kredit borcundan 3000 (üç min) manat ödəniş etmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 12 iyun 2019-cu il tarixli № 200842-716161/1 №li kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 18 faiz olmaqla 30 ay müddətinə 2914,74 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2021-ci ildir. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. İşdə olan xx.xx.2019-cu il tarixli, GA.716161.1 nömrəli “İpoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında evin satış qiymətinin bazar dəyəri 350000 (üç yüz əlli min) manat olması müəyyən olunur. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh1 adına qeydə alınmış Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A nömrəli fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətində xx.xx.2019-xx.xx.2026-cı il tarixə qədər ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4494 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GA.716161 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 51304,30 manat, faiz borcu üzrə 16212,16 manat, illik 5% faiz olmaqla 912,08 manat borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri 178,500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 75000 (yetmiş beş min) manat, likvid dəyəri 65000 (altmış beş min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A saylı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 285000 (iki yüz səksən beş min) manat, likvid dəyəri 265000 (iki yüz altmış beş min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “maliyyə arayış”ının surətindən görünür ki, Cavabdeh1 06 dekabr 2021-ci il tarixə banka 51575,43 manat əsas borc və 13915,4 manat faiz borcu olmaqla, cəmi 65490,83 manat borcu mövcuddur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı arayışının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X8, X9, X7 və Qarayeva Günay Lütviyar qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahəsi 165,40 kv.m) yönəldilməsi, həmin evin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə gözəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-üü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə ekspertiza rəyinə qiymət verərək hesab edir ki, əsas borc hissəsində iddia tələbi rəyə uygun olaraq qismən təmin edilməlidir və əsas borc 51304,30 manat cavabdehdən tutulub iddiaçının xeyrinə tutulmalıdir, lakin faiz hissəsində məhkəmə ekspert rəyinə tənqidi yanaşaraq iddia tələbinə uyğun hissədə təmin edilməsinə məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A saylı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 285000 (iki yüz səksən beş min) manat, likvid dəyəri 265000 (iki yüz altmış beş min) manat təşkil edir. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşdə olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Cavabdeh2 əri Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A nömrəli fərdi yaşayış evinin İddiaçı ASC-yə ipoteka qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilmərsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X3, X4, X1 və Qarayeva Günay Lütviyar qızının ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutulduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12 iyun 2019-cu il tarixli, 200842-716161\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 51304.30 (əlli bir min üç yüz dörd manat, otuz qəpik) manat, əsas borca hesablanmış faiz borcu -- 13915.40 (on üç min doqquz yüz on beş manat, qırx qəpik) manat olmaqla, cəmi 65219 (altmış beş min iki yüz on doqquz) manat 70 ( yetmiş) qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və 286,47 (iki yüz səksən altı manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməli, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) yönəldilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin (ümumi sahə 165.40 kv.m) açıq hərracdan ilkin satış qiyməti likvid dəyəri 265000 (iki yüz altmış beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X3, X4, X1 və Qarayeva Günay Lütviyar qızının ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılmaqla həmin ev boşaldılmalı, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 12 iyun 2019-cu il tarixli, 200842-716161\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 51304 (əlli bir min üç yüz dörd) manat, 30 (otuz) qəpik, faiz borcu 13915 (on üç min doqquz yüz on beş) manat 40 (qırx) qəpik olmaqla, cəmi 65219 (altmış beş min iki yüz on doqquz) manat 70 ( yetmiş) qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və 286,47 (iki yüz səksən altı) manat 47 (qırx yeddi) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) yönəldilsin, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) açıq hərracdan ilkin satış qiyməti likvid dəyəri 265000 (iki yüz altmış beş min) manat məbləğində müəyyən edilərək satılsın, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X8, X9, X7 və Qarayeva Günay Lütviyar qızı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılmaqla həmin ev boşaldılsın. Ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-38/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-38/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver