Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3821/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi üzrə Cavabdehnun Banka olan 1300.01 (bir min üç yüz manat 01 qəp.) manat əsas, 367.24 (üç yüz altmış yeddi manat 24 qəp.) manat faiz, 886.13 (səkkiz yüz səksən altı manat 13 qəp.) manat cərimə borcu olmaqla, cəmi borcu 2553.38 (iki min beş yüz əlli üç manat 38 qəp.) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 45.54 (qırx beş manat 54 qəp) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə verərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi üzrə Cavabdehnun Banka olan 1300.01 (bir min üç yüz manat 01 qəp.) manat əsas, 379.62 (üç yüz yetmiş doqquz manat 62 qəp.) manat faiz, 886.13 (səkkiz yüz səksən altı manat 13 qəp.) manat cərimə borcu olmaqla, cəmi borcu 2565.76 (iki min beş yüz altmış beş manat 76 qəp.) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 45.54 (qırx beş manat 54 qəp) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 27 % olmaqla 36 ay müddətinə 2400 manat (iki min dörd yüz manat 00 qəp.) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 1300.01 manat (bir min üç yüz manat 01 qəp.) əsas, 379.62 manat (üç yüz yetmiş doqquz manat 62 qəp.) faiz, 886.13 manat (səkkiz yüzsəksən altı manat 13 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 2565.76 manat (iki min beş yüz altmış beş manat 76 qəp.) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 53 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhtəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi üzrə Cavabdehnun Banka olan 1300.01 (bir min üç yüz manat 01 qəp.) manat əsas, 379.62 (üç yüz yetmiş doqquz manat 62 qəp.) manat faiz, 886.13 (səkkiz yüz səksən altı manat 13 qəp.) manat cərimə borcu olmaqla, cəmi borcu 2565.76 (iki min beş yüz altmış beş manat 76 qəp.) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 45.54 (qırx beş manat 54 qəp) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, iddiaçı təşkilatdan 2019-cu ilin avqust ayında 36 ay müddətinə 2400 manat məbləğində kredit götürmüşdür.O, maddi durumunda yaranmış çətinliklər üzündən banka olan borcunu ödəyə bilməmişdir. Hazırda iddia tələbini faiz və cərimə borcu istisna olmaqla qəbul edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarından görünür ki, 19 avqust 2019-cu il tarixli İK № 0862/İK-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik faiz dərəcəsi 27% olmaqla, 36 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. Bu müqavilənin 2.5-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 43 % olmaqla cərimə faizi ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 6585,16 manat, faiz üzrə 2509,13 manat, 2686,11 manat məbləğində cərimə borcu, ümumilikdə isə 11780,40 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 886,13 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh Banka olan 1300.01 (bir min üç yüz manat 01 qəp.) manat əsas, 379.62 (üç yüz yetmiş doqquz manat 62 qəp.) manat faiz, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi borcu 1699.63 (bir min altı yüz doxsan doqquz manat 63 qəp.) manat məbləğində borcun və iş üzrə ödənilmiş 45.54 (qırx beş manat 56 qəp) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, İK № 0862/İK-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Banka olan 1300.01 (bir min üç yüz manat 01 qəp.) manat əsas, 379.62 (üç yüz yetmiş doqquz manat 62 qəp.) manat faiz, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi borcu 1699.63 (bir min altı yüz doxsan doqquz manat 63 qəp.) manat məbləğində borcun və iş üzrə ödənilmiş 45.54 (qırx beş manat 54 qəp) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3821/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3821/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver