Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3888/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh uzaq qohumdurlar. 2021-ci ilin oktyabr ayında cavabdeh iddiaçıdan iş qurmaq adı ilə hissə-hissə borc almışdır. Cavabdeh ümumillikdə iddiaçıdan 26000 (iyirmi altı min) manat məbləğində pul almışdır. Cavabdeh metal işi ilə məşğuldur və o, iddiaçını inandırır ki, işğaldan azad olunmuş rayonlardan metal alıb-satmaqla yaxşı qazanc əldə etmək mümkündür. Əslində onun bu əməli aldatma və etibardan sui-istifadə etməklə ifadə olunan dələduzluq əməli olsa da, iddiaçı qohumluq münasibətlərinə görə ondan cinayət hüququ müstəvidə şikayət etməmişdir. Hələlik şikayət etmək niyyətində də deyildir. İndiyədək keçən müddət ərzində cavabdeh sözügedən məbləğin 2000 (iki min) manatını qaytarmışdır. Cavabdehin iddiaçıdan göstərilən məbləğdə borc alması onlar arasında olan telefon və votsap danışıqlarının səsyazmaları ilə təsdiq olunur. Həmin səsyazmaları disk şəklində məhkəmə iclasında təqdim edəcəkdirlər. Dəfələrlə cavabdehdən aldığı pulu qaytarması tələb olunsa da, cavabdeh hər dəfə bir bəhanə gətirərək aldığı tikinti materiallarının pulunu ödəməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. 27 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı ilə Cavabdeh Şahkmal oğlu uzaq qohumdurlar. 2021-ci ilin oktyabr ayında cavabdeh iddiaçıdan iş qurmaq adı ilə hissə-hissə borc almışdır. Cavabdeh ümumilikdə iddiaçıdan 26000 (iyirmi altı min) manat məbləğində pul almışdır. Belə ki, cavabdeh metal işi ilə məşğuldur və o, iddiaçını inandırmışdır ki, işğaldan azad olunmuş rayonlardan metal alıbsatmaqla yaxşı qazanc əldə etmək mümkündür. Əslində onun bu əməli aldatma və etibardan sui-istifadə etməkdə ifadə olunan dələduzluq əməli olsa da, iddiaçı qohumluq münasibətlərinə görə ondan cinayət hüququ müstəvidə şikayət etməmişdir. İddiaçı Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin cavabdeh gəlməmişdir. Dəfələrlə cavabdehdən aldığı pulu qaytarması tələb olunsa da, cavabdeh hər dəfə bir bəhanə gətirərək aldığı tikinti materiallarının pulunu ödəməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X2 Cavabdeh qarşı “pul tələbi” üzrə mülki işə baxılır. İddia tələbi ilə qismən razıdır. İddiaçıya borclu olduğu 18000 (on səkkiz min) manat borc məbləğindən 3000 (üç min) manatını xx.xx.2024-cü il tarixdə ödəmişdir. Hal-hazırda 15000 (on beş min) manat borcu qalmışdır. Məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin istifadəsində olan telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş və SMS bildirişlər onun telefon nömrəsinə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:
1. AA seriyalı, 090431 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür.
2. İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.1972-ci il tarixində anadan olmuşdur. Yuxarıda göstərilən ünvanda yaşayır. Hazırki ərizə ilə müraciət etməkdə məqsədləri İddiaçı qarş dələduzluq hərəkətlərinin edilməsi ilə bağlıdır. İddiaçı barəsində şikayət etdikləri Əliyev Zaur Şahkamal oğlu ilə uzaq qohumdur. 2021-ci ilin oktyabr ayında X13 Hümbətovadan iş qurmaq adı ilə ümumillikdə hissə-hissə 26.000 (iyirmi altı min) manat məbləğində pul almışdır. Belə ki, Z.Əliyev metal işi ilə məşğuldur və o, İddiaçı inandırmışdır ki, işğaldan azad olunmuş rayonlardan metal alıb-satmaqla yaxşı qazanc əldə etmək mümkündür. Əslində onun bu əməli aldatma və etibardan sui-istifadə etməkdə ifadə olunan dələduzluq əməli olsa da, İddiaçı qohumluq münasibətinə görə ondan cinayət hüquqi müstəvidə şikayət etməmişdir. İndiyədək keçən müddət ərzində o, həmin məbləğdən cəmi 2 min manatını geri qaytarmışdır. Zaur Əliyevin İddiaçı göstərilən məbləğdə borc alması onların arasında olan telefon və votsap danışıqlarının səs yazmaları ilə təsdiq olunur. Həmin səsyazmaları zərurət olduğu halda disk şəklində təqdim edə bilərlər. X8 aldığı pulu geri tələb etsə də, o, hər dəfə bir bəhanə gətirməklə aldığı tikinti materiallarının pulunu ödəməkdən yayınmışdır. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınmasını, Əliyev Zaur Şahkamal oğlunun şəxsiyyəti müəyyən edilərək, hüquqi qiymət verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişdir.
3. Qəbzdən görünür ki, o, X1 Zaur Şahkamal oğlunun ona ödəməli olduğu 24 min manat puldan 3000 (üç min) manatının xx.xx.2024-cü il tarixdə vəkili Anar Qasımovun iştirakı ilə onun vəkili və nümayəndəsi X4 qəbul etmiş, cavabdehin iddiaçıya 21 manat borcu qalmışdır.
4. 23.02.2024-cü il tarixli Sumqayıt şəhəri, Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X3 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, tərəflərə aralarında yaranmış mübahisə ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq məhkəmə orqanlarına izah olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi, toplanmış materialın saxlanılması üçün Sumqayıt Şəhər Pİ-nin arxivinə verilməsi qərara alınmışdır.
5. - Həmin qərardan görünür ki, Cavabdeh Sumqayıt ŞPİ-yə verdiyi izahatında bildirmişdir ki, İddiaçı qızının barəsində etmiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin xanımı təxminən 10 ildən çoxdur ki, tanıyır və onun həm də uzaq qohumudur. Özü təxminən 15 ildir ki, metal alqı-satqısı ilə məşğul olur. Belə ki, o, bu illər ərzində əsasən fərdi qaydada fəaliyyət göstərərək vətəndaşlardan qapı-qapı gəzib metal toplayaraq metal qəbulu məntəqələrinə təhvil vermiş, sonradan isə “Rəhmanoğlu ASC”-də düzələrək işğaldan azad olunmuş torpaqlarda metal yığımı işində işləməyə başlamışdır. O, həmin şirkətdə rəsmi içki kimi işləmiş və şirkət də rəsmi qaydada fəaliyyət göstərərək icazə əsasında işğaldan azad olunmuş rayonlarda metal yığımını həyata keçirmişdir. Belə ki, o, həmin şirkətlə olan razılığa uyğun olaraq işğaldan azad olunmuş rayonlara işçi qüvvəsi və texnika cəlb edərək şirkət adından metal yığımını həyata keçirərək daha sonra həmin metal məlumatlarını qəbul məntəqələrinə təhvil verirmiş, 2021-ci ilin oktyabr ayında Sədaqət xanımla təsadüfi qarşılaşmaları zamanı o, həmin qadına işin mahiyyətini izah edərək hazırda maddi durumunun aşağı olduğunu bildirib borc pula ehtiyac olduğunu qeyd etmiş, bundan sonra Sədaqət onun təklifi ilə razılaşaraq həmin ilin oktyabr ayının sonunadək olan müddət ərzində 10.000 manat, 900 dollar və 8000 manat olmaqla ümumillikdə 18.000 manat və 900 dollar pul vermişdir. Həmin pulu Sədaqət ona işlədiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində vermişdir. Bundan sonra o, Sədaqətə yaxın müddət ərzində pulu qaytaracağına dair söz vermiş, lakin işlər istədiyi kimi öz qaydasında getmədiyindən o, pulu vaxtında qaytara bilməmiş, bu zaman Sədaqət ondan pulu qaytarmağını bildirdikdə ona məsələni izah etmiş, sonradan isə bir qədər imkanı olduğundan həmin borc puldan 2000 manatını Sədaqətə geri qaytarmış və yenə də imkan olan kimi qalan borcunu da qaytaracağını bildirmişdir. Lakin həmin müddətdən sonra imkanı olmadığından borcunu qaytara bilməmiş, hazırda Sədaqətə 16000 manat və 900 dollar borcu vardır və 2024-cü ilin aprel ayından başlayaraq ona olan borcunu hissə-hissə olmaqla tam olaraq ödəyəcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 10.000 manat, 900 dollar və 8000 manat olmaqla ümumillikdə 18.000 manat və 900 dollar pul İddiaçı almış, qaytaracağına dair öhdəlik götürmüş, 2000 manat iddiaçıya geri qaytarmış, lakin qalan məbləği qaytarmamışdır. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanılması barədə qərara əsasən tərəf özü izahatında bildirmişdir ki, o, 10.000 manat, 900 dollar və 8000 manat olmaqla ümumillikdə 18.000 manat və 900 dollar pul İddiaçı almış, yaxın müddət ərzində qaytaracağına dair öhdəlik götürmüş, 2000 manat iddiaçıya geri qaytarmış və 16.000 manat və 900 ABŞ dolları məbləğində pul borc qalmışdır. Ona görə də iddiaçı tərəfindən cavabdehə verilmiş 16.000 manat və 900 ABŞ dolları məbləğini qaytarmaq öhdəliyi baxımından yəni tərəflərin təqdim etdikləri sübutlar, məhkəmə tərəfindən tələb edilən cinayət işinin materiallarına əsasən gəlmiş olduğu qənaətdir. Məhkəmənin araşdırılan hallara əsasən gəlmiş olduğu bu nəticə mülki işin mübahisəssiz halı kimi qiymətləndirilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X12 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 16.000 manat və 900 ABŞ dollarını əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddianın məhkəmə xərcləri ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddia tələbi 16.000 manat və 900 ABŞ dolları hissəsində təmin edildiyindən ona uyğun olan dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.000 manat və 900 ABŞ dolları ödəniləcək günə olan manat məzənnəsi ilə pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 142.59 (bir yüz qırx iki manat əlli doquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova