Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3889/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1060,28 ABŞ dolları məbləğində əsas borcun, 94,04 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1154,32 ABŞ dolları borcun və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 12 ay müddətinə, illik 36% olmaqla 2223 ABŞ dollarıməbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə etirazla məhkəməyə müraciət edərək 1.060,28 ABŞ dolları borcun, 94,04 ABŞ dolları məbləğində faiz borcunun və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC- nin xeyrinə ödənilməsinə dair iddia tələbinin, iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı ASC-nin Sumqayıt filialı ilə xx.xx.2015-ci il tarixdə № CC/27121/52/11 saylı kredit sazişi imzalayaraq, 2.223ABŞ dolları məbləğində pulu, illik %36 faiz olmaqla 12 ay müddətinə borc götürmüşdür. İddiaçı ASC Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək xüsusi icraat qaydasında, 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair əmr çıxarılmasını xahiş etmiş və kreditorun ərizəsi təmin edilərək, xx.xx.2016-cı il tarixdə 2(060)-21413/2016 saylı məhkəmə əmri verilərək, 10 gün müddətinə icraya yönəlmişdir. Cavabdeh, xx.xx.2017-ci il tarixdə məhkəmə əmrinə etiraz edərək, faiz məbləğinin yüksək göstərilməsinə görə məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim etmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və 2(060)-5020/2017 saylı qərardadı ilə məhkəmə iclası baxılmamış saxlanmışdır. Tərəflər arasında Bank of Baku ASC-nin Sumqayıt filialında xx.xx.2015-ci il tarixdə imzalanmış № CC/27121/52/11 saylı kredit sazişindən görünür ki, 2.223ABŞ dolları məbləğində pul, illik %36 faiz olmaqla 12 ay müddətinə borc cavabdehə borc verilmişdir. Belə olan halda müqavilə üzrə icra müddəti xx.xx.2016-cı ildə bitdiyi üçün iddia müddəti 2019-cu ildə keçmiş olurdu. Lakin, İddiaçı ASC-nin, 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-21413/2016 saylı məhkəmə əmri həmin məhkəmə tərəfindən ləğv edilmiş, mülki iş iddia icraatına keçmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və 2(060)-5020/2017 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanmışdır. Qeyd edilən tarixdən hesablandıqda isə iddia müddəti xx.xx.2020-ci il tarixində keçmişdir. Lakin, İddiaçı ASC, 1.573,15 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair icra qeydinin çıxarılması üçün xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək bildirdi ki, cavabdehlə İddiaçı ASC arasında kredit müqaviləsi xx.xx.2015- ci il tarixində 12 ay müddətinə bağlanmış və xx.xx.2016-cı il tarixində müqavilənin icra müddəti başa çatmışdır. xx.xx.2017-ci il tarixində Sumqayıt şəhər Məhkəməsi tərəfindən məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. Cavabdeh Məhkəmə əmrinə etiraz etmiş və iş xx.xx.2017-ci il tarixində baxılmamış saxlanılmışdır. Qeyd olunan kredit, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüşdür. Hesab edir ki, fərmanın təsiri altına düşən müqavilələr üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. İddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə etirazı müdafiə edərək 1.060,28 ABŞ dolları borcun, 94,04 ABŞ dolları məbləğində faiz borcunun və ödənilmiş 46 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC- nin xeyrinə ödənilməsinə dair iddia tələbinin, iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan - Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişindən görünür ki, bank Borcluya 12 ay müddətinə, illik 36 % olmaqla 2223 ABŞ dolları məbləğində kredit vermişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 1060,28 ABŞ dolları əsas, 94,04 ABŞ dolları faiz borcu vardır. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1532,24 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 8i-7569 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 12 ay müddətinə, illik 36% olmaqla 2223 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdehin 1060,28 ABŞ dolları məbləğində əsas borcu, 94,04 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1154,32 ABŞ dolları borcu yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə, 12 ay müddətinə bağlanmışdır. İddiaçı ASC Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair əmr çıxarılmasını xahiş etmiş və kreditorun ərizəsi təmin edilərək, xx.xx.2016-cı il tarixdə 2(060)-21413/2016 saylı məhkəmə əmri verilərək, 10 gün müddətinə icraya yönəlmişdir. Cavabdeh, xx.xx.2017-ci il tarixdə məhkəmə əmrinə etiraz edərək, faiz məbləğinin yüksək göstərilməsinə görə məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim etmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və 2(060)-5020/2017 saylı qərardadı ilə məhkəmə iclası baxılmamış saxlanmışdır. Tərəflər arasında Bank of Baku ASC-nin Sumqayıt filialında xx.xx.2015-ci il tarixdə imzalanmış № CC/27121/52/11 saylı kredit sazişindən görünür ki, 2.223ABŞ dolları məbləğində pul, illik %36 faiz olmaqla 12 ay müddətinə borc cavabdehə borc verilmişdir. Belə olan halda müqavilə üzrə icra müddəti xx.xx.2016-cı ildə bitdiyi üçün iddia müddəti 2019-cu ildə keçmiş olurdu. Lakin, İddiaçı ASC-nin, 1.573,15 ABŞ dolları əsas borc, 2.132,68 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 3.705,83 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 21413/2016 saylı məhkəmə əmri həmin məhkəmə tərəfindən ləğv edilmiş, mülki iş iddia icraatına keçmiş, məhkəmə iclası xx.xx.2017-ci il tarixə təyin edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və 2(060)-5020/2017 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanmışdır. Qeyd edilən tarixdən hesablandıqda isə iddia müddəti xx.xx.2020-ci il tarixində keçmişdir. İddiaçı tərəf qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən cavabdehin kreditinin bir hissəsi verilən kompensasiya hesabına xx.xx.2019-cu il tarixdə ödənildiyi üçün və həmin Fərmanda işlərin məhkəmələrdən geri çağırılması qeyd olunduğundan, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdehin kredit borcuna kompensasiya məbləğinin yönəldilməsi onun iradə ifadəsindən irəli gəlmədiyi üçün, həmin ödənişin cavabdeh tərəfindən iddiaçı qarşısında olan öhdəliyin icrasına yönəlmiş hərəkət kimi qəbul etmək olmaz. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. Bu Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair iddia tələbi iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı 1060,28 ABŞ dolları məbləğində əsas borcun, 94,04 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1154,32 ABŞ dolları borcun və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3889/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3889/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver