Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3903/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 191,16 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 321,56 manat vurulmuş maddi ziyanın əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X1 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Bakı şəhəri Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzilinin mülkiyyətçisi olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 nömrəli mənzilində yaşamış Asif Bayramlı oğlu ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2014-cü il tarixdə 22.80 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 89A (196N), 40 nömrəli mənzilə 6192 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 6192 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edir ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı ilədək olan müddət 589 gün təşkil edir. Qeyd edilən 589 günün 107 günü hər gün üçün 30 qəpik olmaqla 32,10 manat, 482 günü hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 159,06 manat, cəmi 191,16 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş lakin məktub geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2015-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzilində yaşayış olmamışdır. Yaşayış olmayan mənzildə televizora ehtiyac olmur. "xxxx" ASC və “Azəriqaz”İB-nə müvafiq sorğular verilərsə sərfiyyatın sıfıra bərabər olduğunu görmək olar. Bu da həmin mənzildə yaşayışın həqiqətən olmadığını sübut edir. “KATV”-nin birtərəfli qaydada "xxxx" adlandırdığı öz şəriki ilə tərtib etdiyi akt və ya videonun heç bir hüquqi qüvvəsi ola bilməz. Çünki ən azından həmin iş üzrə məhəllə komitəsi dəvət edilməli və onun iştirakının təmin edilməli olmuşdur. İddianı təkzib edir, 2015-2016-cı illər üçün qanunsuz tərtib edilmiş bir aktla 2023-cü ildə məhkəmə vasitəsilə pul tələb edilməsi qarşı tərəfin hüquqlarının pozulması deməkdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - UPO-001 saylı, xx.xx.2022-ci il tarixli xüsusi lisenziyadan görünür ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X1 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. - xx.xx.2019-cu il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzilinin mülkiyyətçisi olmuşdur. - "xxxx" MMC-nin və "xxxx" hüquq firmasının əməkdaşlarının tərtib etdiyi xx.xx.2016-cı il tarixli, 6192 N saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzilində yerləşən yaşayış sahəsinin sakininin “AGTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC "xxxx" MMC-nin hesabına 100 manat köçürmüşdür. - İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2015-ci il tarixdə 5 il müddətinə hüquqi xidmətlərin göstərilməsi dair müqavilə imzalanmışdır. - iddiaçı tərəfindən təqdim edilmiş cv diskə baxış keçirilərkən diskdəki videoyazıda bir şəxs kabeli göstərərək xx.xx.2016-cı il tarixdə, saat 10:40-da ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin “KATV1” kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğunu, kabelin mənzil yerləşən mərtəbədə şaxtanın içində “KATV1” şəbəkəsindən çıxdığını, kabelin şaxtanın içi ilə getdiyini, amma həmin hissədə videoçəkilişin mümkün olmadığını, sonra isə kabelin şaxtanın içindən çıxaraq blokun divarı ilə mənzilə doğru getdiyini və mənzilin bloka baxan divarından kabelin mənzilə daxil olduğunu bildirir, qapını göstərərək həmin qapının 40 saylı mənzilə aid olduğunu, qapının zəngi düyməsini basdıqdan və qapını döydükdən sonra mənzilin qapısını açan olmadığını və kabeli göstərərək mənzilin kabelini şəbəkədən ayırdıqlarını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X1 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. "xxxx" MMC-nin və "xxxx" hüquq firmasının əməkdaşlarının tərtib etdiyi xx.xx.2016-cı il tarixli, 6192 N saylı akta əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzilində yerləşən yaşayış sahəsinin sakininin “AGTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş diskə münasibətdə qeyd edir ki, həmin diskdə mənzilin sözügedən Yasamal rayonu, Şərifzadə küçəsi, 89A (196N) saylı evin, 40 №-li mənzil olduğu, həmin mənzilə qanunsuz qoşulma faktı müəyyən deyil. Qeyd edilən hallar ziddiyətli olduğu üçün məhkəmə iddianı əsaslı hesab etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istiAGa olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı sözügedən mənzildə baş vermiş qanunsuz qoşulma hadisəsində cavabdehin təqsiri, ziyanın yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi, cavabdehin ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl törətməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən cavabdeh iddiaçıya vurulmuş ziyanla əlaqədar mülki hüquq məsuliyyəti daşımır. Belə ki, işin faktiki halları və toplanmış sübutlar cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi qənaətinə gəlməyə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 191,16 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 321,56 manat vurulmuş maddi ziyanın əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 191,16 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 321,56 manat vurulmuş maddi ziyanın əvəzinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3903/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3903/2023
12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver