Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3907/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8631,66 manat əsas, 665,83 manat faiz borcu olmaqla, cəmi 9297,49 manat məbləğində borcun və ödənilmiş 112,97 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 9659,82 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərində nəzərdə tutulmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdehə pretenziya məktubları göndərilmiş, lakin o öhdəliyi icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1987-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3760463A123 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə, illik 20 faizlə, 9659,82 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən cavabdeh xx.xx.2027-ci il tarixinə kimi hər ay 231,38 manat, sonuncu ay isə 238,53 manat ödəniş etməlidir. Cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akspetsiz qaydada silinməsinə etiraz etmir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş və gecikdirilmiş 977,06 manat məbləğində gecikmə borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 8631,66 manat əsas, 665,83 manat faiz borcu olmaqla, cəmi 9297,49 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6083 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 8552,08 manat, faiz borcu üzrə 600,32 manat borcu mövcuddur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 112,97 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində rəyində cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixinə 8552,08 manat əsas və 600,32 manat faiz borcunun olduğu göstərilmişdir. İş üzrə verilmiş ekspert rəyində cavabdehin əsas və faiz borcu iddia ərizəsində göstərilən məbləğdən az göstərilmişdir. Bu səbəbdən ekspert rəyində göstərilən məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 112,97 manat dövlət rüsumunun 100 manatı cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 90 manatı cavabdehdən, 10 manatı isə iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, RGTK3760463A123 saylı kredit müqaviləsinə əsasən 8552,08 manat əsas borc, 600,32 manat faiz borcu olmaqla, cəmi 9152 (doqquz min yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 112,97 manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 90 (doxsan) manatı Cavabdeh, 10 (on) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3907/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3907/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver