Məhkəmə qərarları › İş №e-2(060)-3972/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3972/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3972/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun kartına müddəti 24 ay, 24.71 illik faiz dərəcəsi və məbləği 4080 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən isə cavabdehə illik 25 faiz dərəcəsi ilə 1450 AZN kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi borc 5244,82 yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, **********01944126 saylı Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı Kredit müqaviləsinə əsasən 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi 5244,82 AZN borcunun və 72,44 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ddiaçı İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, lakin hazırda işləmədiyindən tələb olunan məbləği birdəfəlik ödəyə bilməyəcəyini bildirdi. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021ci il tarixli, RGRR3899830A299 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 4080 AZN məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2023-cü il tarixinədək hər ay 217.16 AZN olmaqla, yalnız sonuncu ay 218.87 AZN ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən isə cavabdehə illik 25 faiz dərəcəsi ilə 1450 AZN kredit xətti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 135000/1647 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018ci il tarixli, **********01944126 saylı Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı Kredit müqaviləsinə əsasən 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi 5244,82 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, cavabdehin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, **********01944126 saylı Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı Kredit müqaviləsinə əsasən 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi 5244,82 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944126 saylı Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı Kredit müqaviləsinə əsasən 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi 5244,82 AZN və 72.44 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********01944126 saylı Kredit Kartına dair müqaviləyə əsasən 333,29 AZN əsas, 69,62 AZN faiz, xx.xx.2021-ci il tarixli, RGRR3899830A299 saylı Kredit müqaviləsinə əsasən 4080 AZN əsas, 761,91 AZN faiz, cəmi 5244,82 AZN (beş min iki yüz qırx dörd manat səksən iki qəpik) borc və 72.44 (yetmiş iki manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar