Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-398/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 138482.97 manat əsas, 25068.34 manat faiz borcu olmaqla, cəmi 163551.31 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 15.68 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1nin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 453.55 manat dövlət rüsumu və 0.68 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin və sənədlərinin qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-398/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-398/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver