Məhkəmə qərarları › İş №e-2(060)-3984/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3984/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3984/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 4481,45 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5141,13 manat məbləğində dəbbə pulu,cəmi 21792,58 manat borcun və mediasiya xərci kimi ödənilmiş 155,38 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 41000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 4481,45 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 5141,13 manat məbləğində dəbbə pulu,cəmi 21792,58 manat borcun və mediasiya xərci kimi ödənilmiş 155,38 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC iddia həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu,cəmi 24984,44 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 155,38 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 41000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu,cəmi 24984,44 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 155,38 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 12570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********08- 10301, Qeydiyyat № **********, tarix: xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKTASCyə təqdim etmiş və bu xx.xx.2020-ci il tariхli, 2020/00198-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpotekailə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığınaəsasən 41000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 19 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu, cəmi 24984,44 manat məbləğində borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək yekun məhkəmə aktı çıxarılarkən ekspertiza tədqiqatının dəyəri olan 500 manatın Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi. Bildirdi ki, bank tərəfindən cərimə məbləği həddindən artıq şişirdilmişdir. Əlavə olaraq qeyd etdi ki, bankdan pul götürdükdən sonra hər ay vaxtı-vaxtında ödənişləri həyata keçirmişdir. Lakin oğlu Qarabağ müharibasində iştirak etmiş, müharibədə yaralandıqdan sonra işləyə bilməmişdir. Buna görə də ödənişləri həyata keçirə bilməmişlər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 2020/00198-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 39 (otuz doqquz) ay müddətinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə 12570 (on iki min beş yüz yetmiş) manat kredit verilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 27 sentyabr 2019-cu il tarixli 2019/00277-01 saylı İstehlak Kredit Müqaviləsinə və 26 avqust 2020-ci il tarixli 2020/00198-01 №-li İstehlak kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh 2019/00160-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nə 12170 manat əsas, 6039,21 manat faiz, 6775,23 manat dəbbə borcu olmaqla ümumilikdə 24984,44 manat kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş ********** nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh oğluna məxsus olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 0,015 ha, 61,46 kv.m ümumi sahədən ibarət 108B/2 nömrəli fərdi yaşayış evi İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3984/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspertizanın aparılma müddəti 30 gün müəyyən edilmiş, müvafiq ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmçinin mülki iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC -yə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli, 9/4563 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 2020/00198/01 saylı istehlak kredit müqaviləsinin qeyd edilən şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 12170 manat, faiz borcu üzrə 4481,45 manat, cərimə borcu üzrə 1451,01 manat. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 62 saylı hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 0,015 ha torpaq sahəsi və üzərində yerləşən 108 B/2 saylı fərdi yaşayış evinin likvid dəyəri 52000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatda göstərilmiş evin ilkin satış qiyməti ilə razı olmadığını bildirmiş, yenidən qiymətləndirmə təşkil edilməsi barədə vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3984/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlakın qiymətləndirilməsi "xxxx" MMC-yə həvаlə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 35 saylı hesabatdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 0,015 ha torpaq sahəsi və üzərində yerləşən 108 B/2 saylı fərdi yaşayış evinin likvid dəyəri 54000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 39 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 12570 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlak (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********08-10301, Qeydiyyat № **********, tarix: xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2020-ci il tariхli, 2020/00198-01İP №li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpotekailə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 41000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 19 avqust 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 12170 manat məbləğində qalıq, ona hesablanmış 6039,21 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6775,23 manat məbləğində dəbbə pulu, cəmi 24984,44 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindən də yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 100 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 %-i həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 18309,21 manat ( 12170 manat əsas+6039,21 manat faiz+100 manat cərimə=18309,21) olduğundan dövlət rüsumu ilə bağlı tələb qismən təmin edilməli, cavabdehdən ödənilmiş 155,38 manat dövlət rüsumunun 144,93 manat əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 10,45 manat iddiaçının özünə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan 50 manatı isə cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Bununla yanaşı ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manatın 100 manatı cavabdehdən 100 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMCnə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməlidir. Bununla yanaşı ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 500 manat iddiaçı "xxxx" MMC-nə ödənilməsi nəzərə alınaraq, həmin vəsaitin 250 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı qalan 250 manatı isə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin oluna bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 2020/00198-01 №-li Kredit Müqaviləsinin ləğv edilməli, Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manat tutulmalı, tələb Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilməli, həmin əmlakın likvid dəyəri 54000 AZN müəyyən olunmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manat İddiaçı BOKT ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00198-01 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manat tutulsun. Ödənilmiş 10, 45 manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin özünə aid edilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,015 ha sahəsi olan torpaq sahəsi və onun üzərində yerləşən 61,46 kv.m sahəsi olan daşınmaz əmlaka yönəldilsin. Həmin əmlakın likvid dəyəri 54000 manat müəyyən olunmaqla açıq hərracda satılsın. Evin satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12170 manat qalıq, ona hesablanmış 6039,21 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat dəbbə pulu, cəmi 18309,21 manat borc və dövlət rüsumu kimi ödənilmiş 144,93 manat İddiaçı BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı BOKT ASC-dən 50 manatı isə Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manatın 100 manatı İddiaçı BOKT ASC-dən 100 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməlidir. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri 500 manatın iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilməsi nəzərə alınaraq, həmin vəsaitin 250 manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun qalan 250 manatı isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar