Məhkəmə qərarları › İş №e-2(060)-4001/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4001/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4001/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 50.82 manat 82 (səksən iki qəpik) qəpik abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qəpik) qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 131 (yüz otuz bir) manat 22 (iyirmi iki) qəpik məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanuna uyğun olaraq Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət A” hüquq firması ilə 15 may 2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 09 saylı MKİS-də olan arayışdan görünür ki, Cavabdeh İsrafil oğlu ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2016-cı il tarixdə “Ədalət A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözü gedən ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 1259 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulma kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış xx.xx.2015-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2015-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2016-cı il tarixli 1259 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 154 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz üç) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 50.82 manat təşkil edir. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair hər bir məhkəmə işi üçün nümayəndəyə ödənilən məbləğ 50 (əlli) manat təşkil edir. Ödənilən dövlət rüsumu 30 manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 131.22 manat (50+30.40+50,82 manat) təşkil edir. Məhkəmədə iddiaçının nümayəndəsi N.A.Qarayev eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan "xxxx" Hüquq şirkəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1259 N saylı, xx.xx.2016-cı il tarixli “Akt”ın surətindən müəyyən edilir ki, "xxxx" MMC-nin əməkdaşları 10 mart 2016-cı il tarixində ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 27 saylı mənzilin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişlər. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, Cavabdeh qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmətə görə 50 (əlli) manat ödənilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 42, ev 7, mənzil 27-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi sübut olunur. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridir. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur. Həmin Qanunun 34-cü maddəsi abunəçilərin əsas vəzifələrini müəyyən etmişdir. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək; telekommunikasiya şəbəkəsinə operator, provayder ilə bağlanmış müqavilələrə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq; operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələridir. Lakin cavabdeh həmin normanın tələblərini pozmuş və cavabdehin əməli iddiaçıya zərər vurulmasına gətirib çıxartmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 10 (on) manatdır. İş materiallarından müəyyən olunur ki, SNTV-nin əməkdaşları tərəfindən abunəçinin şəbəkədən ayrılması tarixindən yəni xx.xx.2016-cı il tarixindən qanunsuz qoşulma barədə tərtib olunmuş 1259 N saylı akt yazılana qədər olan 154 gün müddət ərzində iddiaçıya 50,82 manat məbləğində zərər vurulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı cavabdehdən zərərin əvəzi kimi 50,82 manatın ödənilməsini tələb etməyə haqlıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 327 seriyalı 29 mart 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən hüquqi xidmətlərə görə 50 manat ödənilmişdir. Qeyd olunmalıdır ki, iki tərəf arasında hüquqi xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilənin şərtləri üçüncü şəxs üçün məcburi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən görünür ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən, onların ağlabatan miqdarda olmasına diqqət yetirməlidir. Məbləğin ağlabatan olması o, deməkdir ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə onlara ödənilməli məbləği müəyyənləşdirərkən konkret halları, yəni göstərilən yardımın həcmini, müddətini, nümayəndələrin və vəkillərin sayını, işin mürəkkəbliyini və sair halları nəzərə almalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə əsasən də göstərilən məhkəmə xərcləri tutularkən həmin məbləğ sübut edilən həddə və həmçinin ağlabatan miqdarda olmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiy yətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 50 (əlli) manat 82 (səksən iki) qəpik abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) manat məbləğində bank xidməti haqqının, ümumilikdə 131 (bir yüz otuz bir) manat 22 (iyirmi iki) qəpik məbləğində pulun alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar