Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4063/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan İddiaçıASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən 19 may 2022-ci il tarixə Banka borclu olduğu 104,95 (bir yüz dörd manat 95 qəpik) AZN məbləğində əsas borc, 8,60 (səkkiz manat 60 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019- cu il tarixə olan faiz borcu, 6,33 (altı manat 33 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu və 57,56 (əlli yeddi manat 56 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 177,44 (bir yüz yetmiş yeddi manat 44 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZNməbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədi ilə 29 iyun 2015-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək 800 (səkkiz yüz dollar) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmış və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 32 (otuz iki) faiz ödəmək öhdəliyi götürmüşdür. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən Cavabdeh 11 sentyabr 2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 791,36 (yeddi yüz doxsan bir dollar 36 sent) ABŞ dolları təşkil etmiş və Bankın həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 1346,89 (bir min üç yüz qırx altı manat 89 qəpik) AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh isə həmin kredit məbləğini 24 (iyirmi dörd) ay müddətinə, xx.xx.2019cu il tarixədək qaytarmağı və illik 18 (on səkkiz) faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 13 may 2019-cu il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 19 may 2022-ci il tarixə 104,95 (bir yüz dörd manat 95 qəpik) AZN məbləğində əsas borc, 8,60 (səkkiz manat 60 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə olan faiz borcu, 6,33 (altı manat 33 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu və 57,56 (əlli yeddi manat 56 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 177,44 (bir yüz yetmiş yeddi manat 44 qəpik) AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmanın tələbinə əsasən bu razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən «Ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (6.1.3-cü bənd) və ya “Kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (6.1.4-cü bənd) Bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada Müqaviləni vaxtından əvvəl ləğv edilə bilər. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədi ilə 29 iyun 2015-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək 800,00 (səkkiz yüz dollar 00 sent) ABŞ dollarıməbləğində bərpa olunan kredit xətti açılmış və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 32 (otuz iki) faiz ödəmək öhdəliyi götürmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən Cavabdeh 11 sentyabr 2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 791.36 (yeddi yüz doxsan bir dollar 36 sent) ABŞ dolları təşkil etmiş və Bankın həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 1.346,89 (bir min üç yüz qırx altı manat 89 qəpik) AZN məbləğində müəyyən edilmişdir. İddiaçı ASC -nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 104,95 (bir yüz dörd manat 95 qəpik) AZN məbləğində əsas borc, 8,60 (səkkiz manat 60 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə olan faiz borcu, 6,33 (altı manat 33 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu və 57,56 (əlli yeddi manat 56 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 177,44 (bir yüz yetmiş yeddi manat 44 qəpik) AZN məbləğində borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədi ilə 29 iyun 2015-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək 800 (səkkiz yüz dollar) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmış və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 32 (otuz iki) faiz ödəmək öhdəliyi götürmüşdür. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən Cavabdeh 11 sentyabr 2017-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 791,36 (yeddi yüz doxsan bir dollar 36 sent) ABŞ dolları təşkil etmiş və Bankın həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 1346,89 (bir min üç yüz qırx altı manat 89 qəpik) AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh isə həmin kredit məbləğini 24 (iyirmi dörd) ay müddətinə, xx.xx.2019-cu il tarixədək qaytarmağı və illik 18 (on səkkiz) faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 13 may 2019-cu il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 19 may 2022-ci il tarixə 104,95 (bir yüz dörd manat 95 qəpik) AZN məbləğində əsas borc, 8,60 (səkkiz manat 60 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixə olan faiz borcu, 6,33 (altı manat 33 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu və 57,56 (əlli yeddi manat 56 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 177,44 (bir yüz yetmiş yeddi manat 44 qəpik) AZN məbləğində borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək kredit müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 57,56 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 5 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 116,28 manat olduğundan (104,95 manat əsas+8,60 manat müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019- cu il tarixə olan faiz borcu + 6,33 manat məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu + 5 manat məbləğində cərimə üzrə borcu=116,28) iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 151097-1-17133 №-li “Kredit xətti müqaviləsinə”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Razılaşmaya əsasən 19 may 2022-ci il tarixə Banka borclu olduğu 104,95 (bir yüz dörd manat 95 qəpik) AZN məbləğində əsas borc, 8,60 (səkkiz manat 60 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2019- cu il tarixə olan faiz borcu, 6,33 (altı manat 33 qəpik) AZN məbləğində müqavilə müddəti bitdiyi tarixdən bügünə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu və 5 (beş) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 116,28 (bir yüz on altı manat 28 qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-4063/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4063/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver