Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-411/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipotеka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 20 aprel 2021-ci il tariхli 100850-157956/3 nömrəli kredit müqaviləsi üzrə 13753.4 manat əsas borc və 1858.65 manat faiz borcu olmaqla, cəmi 15612.05 (on beş min altı yüz on iki (.beş)) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 137.24 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəlimənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 ilə bağlanmış 20 aprel 2021-ci il tarixli 100850-157956/3 nömrəli Kredit müqaviləsinə əsasən 20 faiz dərəcəsilə 18 ay müddətinə 35000 (otuz beş min) manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil 20 aprel 2021-ci il tariхli 100850-157956/3 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 001/007/5245/2022 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X1 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Qеyd olunanlardan göründüyü kimi, Bank və Cavabdeh3 arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq еdilməlidir. Bu normaların tələblərinə əsasən vеrilmiş krеditə görə cərimələr, faizlər krеdit məbləği qaytarılana kimi hеsablanır. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış Kredit Müqaviləsinin 4.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək Borc alanın (Cavabdeh3) öhdəliyidir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində 18 oktyabr 2022-ci il tarixə onun Banka 13753.4 manat əsas borc və 1858.65 manat faiz borcu olmaqla, cəmi 15612.05 (on beş min altı yüz on iki (.beş)) manat məbləğində kredit bоrcu yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, banka olan borcunu ödəmək niyyətindədir. Evin satılmasını qəti istəmir. Lakin qətnamə qəbul edilmədən bank borcu qəbul etmir. Hazırda məhkəmədən hesablanmış faiz məbləğinin azaldılmasını istəyir. Ekspert rəyi ilə razıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Maddi vəziyyəti ilə əlaqədar bank qarşısında olan öhdəliyini yerinə yetirə bilməmişdir. Lakin onlar banka olan borclarını ödəmək niyyətindədirlər. Evin satılmasını qəti istəmirlər. Lakin qətnamə qəbul edilmədən borcu ödəyə bilmirlər. Ekspert rəyi ilə razıdırlar. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 20 aprel 2021-ci il tarixli 100850-157956/3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçı bankdan illik 20% olmaqla 18 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli 100850-157956/3 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli 100850-157956/3 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə 1031 nömrəli reyestr kitabının 92841 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İşdə olan **********9993 nömrəli ərizədən görünür ki, Cavabdeh1 ipoteka qoyulmuş əmlaka-Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilə gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk (boşaltmağı) və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə 13753.4 manat əsas, 1858.65 manat faiz, 262.33 cərimə borcu olmaqla, ümumilikdə cəmi 15612.05 məbləğində borcu vardır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-144 nömrəli xx.xx.2023-cü il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 1ünvanında yerləşən 5 otaqlı mənzilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 440000 manat, likvid dəyəri 374000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4201-9/4405 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 389000 (üç yüz səksən doqquz min) manat, likvid dəyəri 350000 (üç yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 20 aprel 2021-ci il tarixli 100850-157956/3 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh3 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 13753.4 manat əsas və 1858.65 manat faiz borcu tutulmalıdır. Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı həm qiymətləndirilmə, həm də ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə ipoteka predmetinin bazar dəyərinin 389000 (üç yüz səksən doqquz min) manat, likvid dəyəri 350000 (üç yüz əlli min) manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3). Həmin Məcəllənin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Hər iki tərəf ekspert rəyinə etiraz etmədiyindən məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti və likvid dəyəri müəyyən edilərkən ekspert rəyində qeyd edilənlər əsas götürülməlidir. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilindən çıxarılaraq mənzilin boşaldılması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 137.24 manat dövlət rusumu cavabdehlərdən tutulmalıdır. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat, qiymətləndirmə xərci 400 manat təşkil etmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza və qiymətləndirmə xərci – 500 (100 + 400) manat da cavabdehlərə aid edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh3 20 aprel 2021-ci il tariхli 100850-157956/3 nömrəli kredit müqaviləsi üzrə 13753,4 (on üç min yeddi yüz əlli üç manat qırx qəpik) manat əsas borc və 1858,65 (bir min səkkiz yüz əlli səkkiz manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 15612,05 (on beş min altı yüz on iki manat beş qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərc və 137,24 (bir yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzilin ilkin satış qiyməti 389000 (üç yüz səksən doqquz min) manat, likvid dəyəri 350000 (üç yüz əlli min) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 943-cü məhəllədə olan 0.08058 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 183.5 kv.m. ümumi, 116.1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 52 nömrəli mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan mənzildən çıxarılaraq mənzil boşaldılsın. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. İş üzrə təyin edilmiş qiymətləndirmə xərci olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin AZ80NABZ********************4 saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-411/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-411/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver