Məhkəmə qərarları › İş №e-2(060)-4118/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4118/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4118/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÖƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, YM006023 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 26376.26 manat əsas borc, 730.56 manat faiz borcu, ümumilikdə 27106.82 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 172 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqının, 10 manat dövlət rüsumun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2010-cu il tarixli, ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulmasına, mənzilin boşaldılmasına, Cavabdeh2, X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2010-cu il tarixli 264 AİF saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 33 000 (otuz üçü min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2010-cu il tarixdə "xxxx" ASC ilə və satıcı X4 yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışdırlar. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 14/1210 saylı arayışa əsasən yaşayış sahəsi 55.32 m2, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21 aprel 2007-ci il tarixli çıxarışa (seriya MH№ 0010993) əsasən satıcıya məxsusdur. Mənzilin satış qiyməti 44 000 (qırx dörd min) manatdır, mənzilin dəyərinin 11 000 (on bir) manatı Alıcıİpotekaya qoyanın özü tərəfindən, 33 000 (otuz üç min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 06 may 2010-cu il tarixli 264 AİF saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 33 000 manat, kreditin qaytarılma tarixi 264AİF saylı kredit müqaviləsinə uyğun olaraq vasaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim etdiyi tarixdən 25 il müddətinə 06 may 2035-ci il tarixinədək, kredit üzrə illik faiz dərəcəsi 8%, kredit üzrə əsas borc və faizlər növbətiayın 5-dən aylıq 254.70 manat məbləğində bərabər hissələrlə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ticarət və Sənaye Palatasının “Azerekspertiza” birliyi tərəfindən ünvan 1 ünvanı 01 mart 2010-cu il tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən ,ipoteka predmetinin bazar qiyməti 44 000 manat, likvid qiyməti 37 000 dəyərində qiymətləndirilir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 26376.26 manat, faiz borcu 730.56 manat təşkil edir. Beləliklə cavabdehlərin xx.xx.2021-ci il tarixinə ümumi borcu 27106.82 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir.Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. xx.xx.2010-cu il tarixli DYB-İP 000417 №-li ipoteka kağızına əsasən cavabdehə qarşı AR İpoteka və Kredit Zəmanət Fondunun tələb hüququ inodossament yolu ilə Bank "xxxx" ASC-yə verilmişdir. Göstərilənləri nəzərə alaraq, DəmirBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, YM006023 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 26376.26 manat əsas borc, 730.56 manat faiz borcu, ümumilikdə 27106.82 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 172 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqının, 10 manat dövlət rüsumun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2010-cu il tarixli, ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulmasına, mənzilin boşaldılmasına, Cavabdeh2, X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək göstərdi ki, o, "xxxx" ASC-dən mənzil alınması məqsədi ilə illik 8 faiz olmaqla, 300 ay müddətinə 33000 (otuz üç) min manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq aldığı mənzili ipoteka müqaviləsi əsasında banka girov qoymuşdur. O, ilk aylar kredit borcunu ödəsə də, sonradan ölkədə baş verən pandemiya ilə bağlı işləyə bilmədiyi üçün ödənişləri edə bilməmişdir. Hazırda, ona qarşı verilmiş iddianı qəbul edir və ödənişlər edilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və X5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2 və X2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 dinləyib, işin materiallarını tam, hərtərfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 264 AİF saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən illik 8%-lə 300 ay müddətinə 33000 (otuz üç min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Kreditor- İpotekasaxlayan”) ilə Cavabdeh1 (“İpotekaqoyan”) arasında xx.xx.2010-cu il tarixli alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “İpotekaqoyan” Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 55.32 kv.m ümumi sahədən ibarət 29 nömrəli evin 29 nömrəli mənzili “Alıcı-İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 1.4-cü bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 44000 manat olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 68000 (altmış səkkiz min) manat, likvid dəyəri 60000 (altmış min) manat təşkil edir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh1 tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtından və lazımı qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geçi bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənzilin boşaldılmasına, Cavabdeh2, X2 istifadə hüququna xitam verilməsinə aid hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönədlikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o, satılmalıdır, ipoteka qoyannın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yəni mülkiyyətçi könüllü tərk etmədikləri halda hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Şərh edilənləri nəzərə alaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, YM006023 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə olan 26376 (iyirmi altı min üç yüz yetmiş atlı) manat 26 (iyirmi altı) qəpik əsas borc, 730 (yeddi yüz otuz) manat 56 (əlli altı) qəpik faiz borcu, ümumilikdə 27106 (iyirmi yeddi min yüz altı) manat 82 (səksən iki) qəpik məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının, həmçinin 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqının, 10 (on) manat dövlət rüsumu iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29-da yerləşən 29 saylı mənzilə yönəldilməsini, mənzilin likvid dəyəri 60000 (altmış min) manat dəyərində qiymətləndirilməklə açıq hərracda satılmalı və satışdan əldə edilən pul vəsaiti Cavabdeh1 "xxxx" ASC olan borcun qaytarılmasına yönəldilməli, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalı və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, YM006023 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2021-ci il tarixinə olan 26376 (iyirmi altı min üç yüz yetmiş atlı) manat 26 (iyirmi altı) qəpik əsas borc, 730 (yeddi yüz otuz) manat 56 (əlli altı) qəpik faiz borcu, ümumilikdə 27106 (iyirmi yeddi min yüz altı) manat 82 (səksən iki) qəpik məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının, həmçinin 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqının, 10 (on) manat dövlət rüsumu iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29-da yerləşən 29 saylı mənzilə yönəldilsin, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29-da yerləşən 29 saylı mənzilin likvid dəyəri 60000 (altmış min) manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılsın. Mənzilin satışından əldə olunan pul vəsaiti Cavabdeh1 Bank "xxxx" ASC-yə olan borcunun qaytarılmasına yönəldilsin və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29-da yerləşən 29 saylı mənzil satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar