Məhkəmə qərarları › İş №e-2(060)-4135/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4135/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4135/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 631,35 manat maddi zərərin və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(060)-5695/2021 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Cavabdeh vediyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3324/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 360 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 350 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 135 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 164 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 631.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. Odur ki, “X1 Azərbaycan” QSC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 360 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 350 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 135 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 164 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC -yə 631.35 manat məbləğində xidmət haqqı ödənilmişdir.Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 631,35 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2024cü il tarixli pretenziyadan görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 360 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 350 manat, xx.xx.2022ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 135 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 300 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2022-ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat, xx.xx.2023-ci il tarixində ödənilən 164 manat, xx.xx.2023-ci il tarixində ödənilən 250 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də həmin ödənişlərlə bağlı “X1 Azərbaycan” QSC tərəfindən "xxxx"MMC- yə 631,35 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcverən”-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı "Borcverənin" çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə "Borcverənin" əldən çıxmış faydasını ödəmək; Bu səbəbdən də tərəflərindən ”Lider Legal" MMC-yə köçürülmüş 631,35 manat xidmət haqqı Cavabdeh tərəfindən ödənilməlidir. Mübahisənin məhkəməyədək həll olunmasına dair mövcud olan qanunvericiliyin tələblərinə əsasən hazırki pretenziya məktubu göndərilmişdir Pretenziyada göstərilənlər icra olunmadığı təqdirdə “X1 Azərbaycan” QSC qanunla nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında iddia qaldırmağa müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsinə dair iddiasını müdafiə etməkdə haqlıdır. Bu halda tələb olunan məbləğə əlavə olaraq məhkəmə xərcləri də əlavə olunacaqdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 81.1 -ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri icra sənədinin icra edildiyi zaman icra qurumuna ödəməlidir. "xxxx" MMC-nin Cavabdeh borclu olduğu icra icraatı zamanı iddiaçı “X1 Azərbaycan” QSC-yə hansı xidməti göstərməsi, həmçinin borclu tərəfindən borcun ödənilməsində hansı hərəkətləri etməsi qeyri-müəyyəndir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh 631,35 manat maddi zərərin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh 631,35 manat maddi zərərin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar