Məhkəmə qərarları › İş №e-2(060)-4138/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4138/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4138/2024 17.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Şamilova (Hüseynova) Günel Vaqif qızına qarşı “borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Şamilova (Hüseynova) Günel Vaqif qızından əsas məbləğ üzrə borc 607.44 (altı yüz yeddi manat qırx dörd qəpik) manat, faiz borcu 68.04 (altmış səkkiz manat dörd qəpik) manat, cərimə borcu 47.55 (qırx yeddi manat əlli beş qəpik) manat, bildirişlərin göndərilməsi üzrə poct xərcləri 4.80 (dörd manat səksən qepik) manat, cəmi borc 727.83 (yeddi yüz iyirmi yeddi manat səksən üç qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Şamilova (Hüseynova) Günel Vaqif qızı arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit muqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Şamilova (Hüseynova) Günel Vaqif qızı istehlak yönümlü 700 (yeddi yüz) manat məbləğində, 5 (beş) il müddətində kredit kart limiti (kredit xətti) açmışdır. “kart/əlavə kart sahibi”həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona “ Bank” a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Şamilova (Hüseynova) Günel Vaqif qızı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzə borc: 607.44 (altı yüz yeddi manat qırx dörd qəpik) hesablanmış və ödənilçəmış faiz borcu: 68.04(altıçış səkkiz manat dörd qəpik) cərimə borcu: 47.55 (qırx yeddi manat əlli beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0.00 ( sıfır manat), bildirişlərin (pretenziyaların) göndərilçəsi üzrə poct xərcləri: 4.80 (dörd manat səksən qəpik), cəmi: 727.83 (yeddi yüz iyirmi yeddi manat səksən üç qəpik) təşkil edir. Odur ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Şamilova (Hüseynova) Günel Vaqif qızına iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəməiş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixində “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Şamilova (Hüseynova) Günel Vaqif qızı arasında bank hesabı, debet kartı, kredit kartı və zaçimlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit muqaviləsinin şərtlərinə görə, Bank terefindən borcalan Şamilova (Hüseynova) Günel Vaqif qızı istehlak yönümlü 700 (yeddi yüz) manat məbləğində, 5 (beş) il müddətində kredit kart limiti (kredit xətti) açmışdır. “kart/əlavə kart sahibi”həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona “ Bank” a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür İşdə olan “X2 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh (Hüseynova) “X2 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə borc 607.44 (altı yüz yeddi manat qırx dörd qəpik) manat, faiz borcu 68.04 (altmış səkkiz manat dörd qəpik) manat, cərimə borcu 47.55 (qırx yeddi manat əlli beş qəpik) manat, bildirişlərin göndərilməsi üzrə poct xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi borc 727.83 (yeddi yüz iyirmi yeddi manat səksən üç qəpik) manat məbləğində kredit borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh (Hüseynova) arasında bağlanmış xx.xx.2013cü il tarixli, “Kredit müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas, faiz borc və cərimə hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 47,55 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 5 manat müəyyən edilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Şamilova (Hüseynova) Günel Vaqif qızından əsas məbləğ üzrə borc 607 (altı yüz yeddi) manat 44 (qırx dörd) qəpik, faiz borcu 68 (altmış səkkiz) manat 04 (dörd) qəpik, cərimə borcu 5 (beş) manat, bildirişlərin göndərilməsi üzrə poct xərcləri 4 (dörd) manat 80 (səksən) qəpik, cəmi borc 685 (altı yüz səksən beş) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar