Məhkəmə qərarları › İş №e-2(060)-4162/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4162/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4162/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (Əhmədli) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331809-OVR-16057 №-li “Kredit xətti müqaviləsi”nə (həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı Razılaşmanın şərtləri nəzərə alınmaqla) əsasən 11 may 2023-cü il tarixə Banka borclu olduğu 464,18 (dörd yüz altmış dörd manat 18 qəpik) manat məbləğində əsas borc, 45,40 (qırx beş manat 40 qəpik) manat məbləğində faiz borcu və 17,90 (on yeddi manat 90 qəpik) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 527,48 (beş yüz iyirmi yeddi manat 48 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh (Əhmədlidən) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (Əhmədli) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331809-OVR-16057 №-li “Kredit xətti müqaviləsi”nə əsasən Bank Cavabdeh istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə 1.000,00 (bir min manat 00 qəpik) manat məbləğində bərpa olunan kredit xətti açılmış və Cavabdeh həmin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik25 % (iyirmi beş faiz) ödəmək öhdəliyi götürmüşdür. Daha sonra Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331809-OVR-16057 №-li “Kredit xətti müqaviləsi”nə xx.xx.2022-ci il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh 31 yanvar 2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 593,63 (beş yüz doxsan üç manat 63 qəpik) manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 36 (otuz altı) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 05 yanvar 2023-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 11 may 2023-cü il tarixə 464,18 (dörd yüz altmış dörd manat 18 qəpik) manat məbləğində əsas borc, 45,40 (qırx beş manat 40 qəpik) manat məbləğində faiz borcu və 17,90 (on yeddi manat 90 qəpik) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 527,48 (beş yüz iyirmi yeddi manat 48 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331809-OVR-16057 №-li “Kredit xətti müqaviləsi”nə əsasən “Kredit alan” tərəfindən hazırki Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə və ya lazımi qaydada yerinə yetirilmədikdə (6.1.6-cı bənd) Bank hazırki Müqavilə üzrə borc öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh (Əhmədliyə) iddia tələbi barədə bildiriş göndərilmiş, göstərilən ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə S.R.Əhmədli arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331809-OVR-16057 №-li “Kredit müqaviləsi”nə əsasən S.R.Əhmədliyə istehlak məqsədilə illik 25 (iyirmi beş) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdeh S.R.Əhmədlinin 464,18 (dörd yüz altmış dörd manat 18 qəpik) manat məbləğində əsas borc, 45,40 (qırx beş manat 40 qəpik) manat məbləğində faiz borcu və 17,90 (on yeddi manat 90 qəpik) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 527,48 (beş yüz iyirmi yeddi manat 48 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, Cavabdeh (Əhmədli) kredit vəsaitindən istifadə etsədə, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh (Əhmədli) tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh (Əhmədlidən) 464 (dörd yüz altmış dörd) manat 18 (on səkkiz) qəpik məbləğində əsas borc, 45 (qırx beş) manat 40 (qırx) qəpik məbləğində faiz borcu və 17 (on yeddi) manat 90 (doxsan) qəpik məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 527 (beş yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz) manat 00 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx) qəpik məbləğində xidmət haqqının əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Babayeva (Əhmədli) Sevil Rauf qızından 464 (dörd yüz altmış dörd) manat 18 (on səkkiz) qəpik məbləğində əsas borc, 45 (qırx beş) manat 40 (qırx) qəpik məbləğində faiz borcu və 17 (on yeddi) manat 90 (doxsan) qəpik məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 527,48 (beş yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz ) qəpik pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat 00 qəpik məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) manat məbləğində xidmət haqqının əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar