Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4171/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 171099-1-32016 №-li kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 9.164,90 AZN məbləğində əsas borc, 866,17 AZN məbləğində faiz borcu və 537,45 AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 10.568,52 (on min beş yüz altmış səkkiz manat əlli iki qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,71 AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 AZN məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli 171099-1-32016 №-li nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 24,9 % (iyirmi dörd tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 10.000,00 (on min manat 00 qəpik) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi X2 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürtmüşdür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim etmiş və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixə 9.164,90 (doqquz min bir yüz altmış dörd manat doxsan qəpik) AZN məbləğində əsas borc, 866,17 (səkkiz yüz altmış altı manat on yeddi qəpik) AZN məbləğində faiz borcu və 537,45 (beş yüz otuz yeddi manat qırx beş qəpik) AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 10.568,52 (on min beş yüz altmış səkkiz manat əlli iki qəpik) AZN məbləğində borcu qalmışdır. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakları mümkün olmayacaqdır. Bu səbəbdən, hazırki iş üzrə məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini müdafiə etdiklərini bildirmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, cavabdeh məhkəmə bildirişinin kötüyünə imza etməklə bildirişi şəxsən qəbul etmiş, bundan əlavə Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 171099-1-32016 saylı, xx.xx.2022-ci il tarixli nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 9164.90 manat əsas, 866.17 manat faiz, 537.45 manat cərimə borcu olmaqla, cəmi 10568.52 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 171099-1-32016 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 24.90% hesablanması şərtilə 60 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 171099-1-32016 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 292.75 manat, yalnız sonuncu ay 324.00 manat olmaqla ödəniş etməlidir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli 991P nömrəli pretenziya məktubundan görünür ki, borcluya xx.xx.2023-cü il tarixə 9963.37 manat olan borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçı Bank VTB (Azərbaycan) ASC ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu isə məhkəmənin iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 9.164,90 AZN məbləğində əsas borc, 866,17 AZN məbləğində faiz borcu və 537,45 AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 10.568,52 (on min beş yüz altmış səkkiz manat əlli iki qəpik) AZN borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 150 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 171099-1-32016 saylı, xx.xx.2022-ci il tarixli nağd pul krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9.164,90 manat əsas, 866,17 manat faiz, 150 manat cərimə olmaqla, cəmi 10.181,07 manat pul və 120.54 manat dövlət rüsumu ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 1.17 (bir manat on yeddi qəpik) manatı iddiaçıya aid edilməli, 120.54 (bir yüz iyirmi manat əlli dörd qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 9.164,90 (doqquz min yüz altmış dörd manat doxsan qəpik) manat əsas, 866,17 (səkkiz yüz altmış altı manat on yeddi qəpik) manat faiz, 150 (bir yüz əlli) manat cərimə olmaqla, cəmi 10.181,07 (on min yüz səksən bir manat yeddi qəpik) manat pul və 120.54 (bir yüz iyirmi manat əlli dörd qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4171/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4171/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver