Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-421/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh7 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 5925,82 manat məbləğində kredit borcu, 2759,57 manat faiz borcu və 5011,04 manat məbləğində cərimə olmaqla, ümumilikdə, 13696 manat məbləğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 132 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8 saylı evin 2-ci mərtəbəsində 41,4 kvadrat metr ümumi, 24,8 kvadrat metr yaşayış, 16,6 kvadrat metr yardımçı sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh1nın həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı 16.10.2014-cü tarixli 010L**********11 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 müddətinə 40000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 26.11.2014cü il tarixli, 010R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.01.2019-cu il tarixli 010R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.08.2019-cu il tarixdən banka qaytarmamışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlənnə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh1 ilə iddiaçı arasında bağlanılmış 25.11.2014-cü il tarixli, 010M**********01 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən, 3/8 saylı evin 2-cı mərtəbəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 41,4 kv.m ümumi, 24,8 kv.m yaşayış, 16.6 kv m. yardımçı sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1957-ci ildə, Lerik rayonu, Necu kəndində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh5 xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hal-hazırda Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/8, mənzil 5 ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Lerik rayonu, Nücü kəndində qeydiyyatdadır. Cavabdeh7 xx.xx.1984-cü ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh6 xx.xx.1988-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır.Cavabdeh2 xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh2lə iddiaçı arasında bağlanan 16.10.2014-cü il tarixli, 010L**********11 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tərəflər arasında bağlanmış 26.11.2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə, aylıq 1,8333 %-lə, 15000 manat kredit verilmişdir. Kreditin Cavabdeh2 verilməsini eyni tarixli köçürmə qəbzi dətəsdiq edir. Həmin tərəflər arasında bağlanmış 16.01.2019-cu il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. Həmin sazişlə kreditin ödəniş müddəti 10.02.2020-ci il kimi uzadılmışdır. İşdə olan 16.10.2014-cü il tarixli zaminlik müqavilələrinə və əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı qarşısında zamin olmuşlar. 25.11.2014-cü il tarixli, 010M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8 saylı evin 2-ci mərtəbəsində 41,4 kvadrat metr ümumi, 24,8 kvadrat metr yaşayış, 16,6 kvadrat metr yardımçı sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzil kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8, mənzil 5 Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmin mənzil RX seriyalı, ******* saylı çıxarışla iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 02.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 5925,82 manat, faiz borcu üzrə 2759,57 manat, cərimə borcu üzrə 5011,04 manat olmaqla, cəmi 13696,43 manat borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 20.08.2021-ci il tarixində qeydə alınmışdır. İş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 132 manat ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2(060)-9264/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. "xxxx" MMC-nin 11.01.2022-ci il tarixli qiymətləndirmə barədə hesabatında Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/8, mənzil 5 ünvanında yerləşən 2 otaqlı mənzilin 11.01.2022-ci il tarixə olan bazar dəyəri 44 000 manat, likvid dəyəri 33000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21.02.2022-ci il tarixli, 9/265 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin 10.02.2020-ci ilədək iddiaçıya olan borcu əsas borc üzrə 5359,28 manat, faiz borcu üzrə 461,58 manat təşkil edir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən iddiaçı tərəfindən ona 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Sonradan müvafiq sazişlər əsasında kredit razılaşmasına dəyişiklik edilərək kreditin qaytarılması müddəti uzadılmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka borcu qalmışdır. İş üzrə verilmiş ekspert rəyində Cavabdeh2 əsas və faiz borcu iddia ərizəsində göstərilən məbləğdən bir qədər az göstərilmişdir. Bu səbəbdən ekspert rəyində götərilən məbləğdə əsas və faiz borcu cavabdeh Tural Abdullayevdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 5925,82 manat əsas borc məbləğinə 5011,04 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən Cavabdeh2 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Zaminlik müqaviləsinə əsasən onlar iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh2lə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh2 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8 saylı evin 2-ci mərtəbəsində 41,4 kvadrat metr ümumi, 24,8 kvadrat metr yaşayış, 16,6 kvadrat metr yardımçı sahədən ibarət 2 otaqlı 5 nömrəli mənzil iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh2 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh2 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi müstəqil qiymətləndiricinin hesabatında ipoteka predmetinin likvid qiyməti 33 000 manat məbləğində göstərilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Mənzil satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 132 manat dövlət rüsumunun 100 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 5359,28 manat, faiz borcu üzrə 461,58 manat, cərimə üzrə 500 manat olmaqla, cəmi 6320 (altı min üç yüz iyirmi) manat 86 (səksən altı) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 30 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 132 manat dövlət rüsumunun 100 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 20ci məhəllədə yerləşən 3/8 saylı evin 5 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı QSC-yə olan borcları ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddiaçı QSC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8 saylı evin 5 nömrəli mənzilinin ilkin satış qiyməti 33000 (otuz üç min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. 250 (iki yüz əlli) manat qiymətləndirmə xərci Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 3/8 saylı evin 5 nömrəli mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-421/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-421/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver