Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4213/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və nümayəndəsi Əliyev Hümbət Məmməd oğlunun, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)-3123/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 250 manat olmaqla, ümumilikdə 750 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnamə ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi barədə qətnamə qət olunmuşdur. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri İcra İdarəsinin aktına əsasən Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə övladlarıyla birlikdə köçürülmüşdür. Qeyd edir ki, cavabdeh fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir, özü təqaüddə olan hərbiçidir, yaxşı gəliri vardır, 1100 manat təqaüd alır. Bundan başqa ticarətlə məşğuldur, əlavə qazanc əldə edir. Lakin uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Bu gün də göstərmək istəmir. Bu səbəbdən uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdehin qazancı hər ay 1000-1200 manat təşkil edir. 2020-ci ildən 2022-ci il tarixədək qiymətlər kifayət qədər artdığından 2020-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 3123/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 170 manat miqdarında aliment uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və təyin olunmuş aliment miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)-3123/2020 saylı qətnaməsinə əsasən hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X6,
17. 07. 2014-cü il təvəllüdlü X7 və 19. 07. 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsini dəyişdirərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb 24. 09. 2011-cü il təvəllüdlü X6, 17. 07. 2014cü il təvəllüdlü X7 və 19. 07. 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi barədə qətnamə qət olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan aliment təyin olunan vaxt o, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində mayor rütbəsində hərbi qulluqçu olmuş, aylıq məvacibi 960 manat təşkil etmişdir. Hal-hazırda isə o, xəstəliyi ilə bağlı təqaüdə çıxarılmışdır. Aylıq pensiyası 810 manat təşkil edir. Digər gəlir yeri yoxdur. O, anasıyla birgə yaşayır. Anası evdar qadındır, ona maddi yardım göstərir. 2021-ci il tarixdə anası Paşayeva Xuraman “Azərbaycan Beynəlxalq Bank”ından xəstəliyinin müalicəsi üçün 3300 manat məbləğində kredit götürmüş, onu da özü ödəmək məcburiyyətindədir. Onun həyat şəraiti dəyişdiyindən o, əvvəlki miqdarda təyin olunmuş alimenti artıq ödəyə bilmir. Ona görə də məcburiyyətdən borcu yaranmışdır. “Kapital Bank”dan xx.xx.2022-ci il tarixdə GTKR4822818A299 saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində nağd kredit və BBUM4822949A299 saylı müqaviləsinə əsasən 5000 manat birkart kredit götürmüşdür. 22 il Vətənə qüsursuz hərbi xidmət etmişdir. Qarabağ müharibəsi iştirakçısıdır. Səhhəti ilə bağlı problemləri var. Öz ehtiyaclarını, anasına hər ay maddi yardım göstərməkdə və onun ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Ona görə ki, anasının və onun ayrı-ayrılıqda kredit borcu da vardır. Qeyd edir ki, cavabdeh Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələr şöbəsində işləyir. Cavabdeh hər ay vergi işçilərinə əlavə yardımla 1500 (min beş yüz) manatdan çox əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh alqı-satqı və fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur, əlavə gəliri vardır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillər, videodiskdəki görüntü cavabdehin ticarətlə məşğul olduğunu təsdiq edir. Bu baxımdan o, alimentin miqdarının artırılmasını əsaslı hesab edir. Həmçinin bildirdi ki, o, özü işləyir və əmək haqqı 1500 manat təşkil edir. Eləcə də göstərdi ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Xuraman Paşayeva qarşılıqlı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi, tələbinin təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, özü xəstədir və oğlu Seymur ona qulluq edir. Müəyyən edilmiş alimenti Seymur pensiyası hesabına ödəyir. Cavabdeh maddi imkanı iddia edilən məbləğdə aliment ödənilməsi üçün yetərli deyildir. Hazırda iddiaçı özü işləyir və ata-anası ilə birlikdə yaşayırlar, maddi vəziyyətləri yaxşıdır. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq ilkin iddianın rədd edilməsini xahiş edir. 28 iyun 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş ilkin iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ilkin iddia əsassızdır. Onun xəstəliyi olduğu üçün heç bir iş görmək qabiliyyəti yoxdur. Qarşı tərəfin onun taksi fəaliyyəti ilə məşğul olması barədə fikirləri həqiqətə uyğun deyildir. Eləcə də fotoşəkil və video görüntüdə göstərilən mağaza atasına məxsus olub, hal-hazırda anası və bacısı orada işləyir. Mağazada bacısı vergi ödəyicisi kimi fəaliyyət göstərir. O, mağazaya anasına və bacısına kömək etmək üçün getmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdən Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. № MŞB-5-01825, xx.xx.2022-ci il tarixli, X4 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, lakin o, telefonla əlaqə saxlanılarkən mediasıya prosesində iştirak etməkdən imtina etmişdir. İddiaçı X4 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan üç övladının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli 5385 saylı arayışdan görünür ki, Cavabdeh yaşa görə 809,34 qəpik məbləğində pensiya ödənilir. Əlavə olaraq pensiya məbləğinin 10 faizi- 80,93 manat miqdarında xx.xx.2022-ci il tarixinədək hər ay maddi yardım ödənilir. Eləcə də iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 16079 nömrəli xəstəlik haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh xəstəliyi hərbi xidmət dövründə yaranmışdır. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Məhkəmə işin hallarına hüquq normalarına göstərişlərinə əsaslanaraq qiymət verib hesab edir ki, hazırkı halda alimentin miqdarının artırılması üçün qanunla nəzərdə tutulmuş əsaslar yoxdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı, cavabdehin əmlak və maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin, kifayət qədər gəlirə malik olması barədə məhkəməyə əsaslı şübhədən kənar sübut təqdim etməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləği müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində yaxşılaşma ilə bağlı əhəmiyyətli heç bir dəyişiklik olmamışdır. Əksinə tərəflərin izahatında göstərilmiş məlumatlardan müəyyn edilir ki, 2020-ci il tarixdə uşaqlara aliment təyin edilərkən, Cavabdeh hərbi qulluqçu işlədiyi halda, hazırki dövrdə xəstəliyi ilə əlaqədar işdən azad olunmuş və pensiya alır, aylıq qazancı əvvəlki dövrə nisbətdə azalmışdır. Məhkəmə iddiaçı tərəfin cavabdehin taksi fəaliyyəti və mağazada işləməsi, bu baxımdan yüksək qazanca malik olması barədə dəillərinə gəlincə hesab edir ki, bu göstərilənlər (qazancı barədə) mötəbər və təkzib olunmaz sübutlarla öz təsdiqini tapmadığından nəzərə alınmamalıdır. Məhkəmə həmçinin qarşılıqlı iddianı əsassız hesab edir. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi aliment uşağın maraqları nəzərə alınmaqla onların saxlanılması üçün nəzərdə tutulmuş vəsaitdir. Uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ tanınmışdır və mövcud aliment miqdarı yaşayış minimumuna yaxın ağlabatan məbləğ olmaqla alimentin iddia edilən məbləğdə azaldılması uşaqların normal şəraitdə yaşamaları və tələbatlarının ödənilməsi üçün yetərli olmamaqla, uşaqların ümdə maraqlarının və mənafelərinin pozulması ilə nəticələnər. Məhkəmə araşdırılan mübahisə üzrə eləcə də qeyd etməyi zəruri hesab edir ki, uşaqların saxlanılması ilə bağlı valideynlərin bərabər vəzifələrə malik olmasına dair ailə qanunvericiliyinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Almaz Süleymanova