Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4300/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN- 00086-17/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 1432,34 manat əsas borc, 289,57 manat faiz borcu, ümumilikdə 1721,91 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 38 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, cavabdeh banka olan borcunu tam şəkildə ödədiyini nəzərə alıb mülki işin baxılmamış saxlanılmasını və Bank "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun Bank "xxxx" ASC-in hesabına qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Bank "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı Bank "xxxx" ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(060)-4300/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4300/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver