Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4301/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pulun və iddiya görə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Vladimiroviç Cavabdeh ilə Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu X6 təsdiqi ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlayaraq 17.000 manat (on yeddi min) manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsində kreditin faizsiz verilməsi şərtləşdirilmişdir. Belə ki, cavabdeh kredit götürdüyü pulu xx.xx.2023-cü il tarixə kimi geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit götürdüyü vaxtdan bu günə kimi cavabdeh ödəyəcəyini deyərək iddaçını aldatmış, səbəbsiz bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə müraciətlər nəticəsiz qalmışdır. Bundan əlavə olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, SS926653917AZ №-li məktubu ilə pretenziya məktubu da göndərilmişdir. Cavabdeh həmin məktubu xx.xx.2025-ci il tarixdə şəxsən qəbul etmişdir.Buna baxmayaraq cavabdeh yenə borcunu ödəmək istəmir.Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Cavabdeh iddiaçıdan 17000 manat məbləğində borc götürmüşdür.İcra müddətinin ötməyinə baxmayaraq cavabdeh tərəfindən məbləğ ödənilməmişdir. Cavabdeh tərəfindən Serebryakov Vladimiroviçin hesabına pulun ödənilməsini təsdiq edən sənəd yoxdur. Cavabdeh tərəfindən ödəniş qəbzləri təqdim olunmuşdur. Lakin bunun Serebryakov Vladimiroviçin hesabına Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübut yoxdur. Hesab nömrəsi ən azından Cavabdehə məxsus olmalıdır.O hesabdan da pul ödənilməli idi. Qəbzlərdə belə bir hala rast gəlinməmişdir. Kapital Banka verilmiş sorğunun cavabından görünür ki,Anatolinin hesabına bir neçə şəxslər tərəfindən ödəniş edilmişdir.Lakin orada Cavabdehin hesab nömrəsi yoxdur.Cavabdeh iddiaçının keçmiş həyat yoldaşının qohumudur.İddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim olunmuş qəbzlər ödənişin bir hissəsidir.Şahid də öz ifadəsində təsdiq etmişdir ki, birgə təsərrüfat dövründə cavabdeh ödənişlər etmişdir.Hər hansı bir gecikmə olmamışdır.İddiaçı bu vaxta kimi iddia qaldırmamış, yalnız 2 il keçikdən sonra iddia qaldırmışdır.Təkcə Cavabdehə qarşı deyil, bir neçə şəxsə qarşı iddia qaldırmışdır.Sadəcə həyat yoldaşından ayrılığı üçün bir-birindən acıq çıxmaq üçün edilmişdir.İddia əsassızdır və iddia tələbinin rədd edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Cavabdeh onun əmisi qızıdır.Bir dəfə gəlib demişdir ki, Aytəkin adında biri təxminən 30 %-lə pul verib, batır və ona kömək eləsin.Təxminən 2022-ci ildə baş vermişdir. O ərəfələrdə bir neçə adama pul vermişdirlər. Bu işlə bir yerdə məşğul olmuşdurlar. Rabitə bankdan Anatoliyin adına pul götürmüşdürlər. Notariusun həyətində Sevincə pulu vermişdirlər. 17000 manatdan əvvəlcə 10000 manat pul verilmişdir. 3500 manat bank faizin pulun 3500 manat da hörmət üçün verilmiş pul idi.Az-az ödəməyə başlamışdır. 350, 500, 700 manat da ödədiyi var idi. Bəzən çox, bəzən az ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 05 may 2022-ci il tarixli notarial qaydada bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 17000 manat məbləğində pulu borc verir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 08 may 2025-ci il tarixli mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziyadan görünür ki, bütün borc məbləğinin tam olaraq 10 gün müddətində ödənilməsi təklif edilmiş,əks təqdirdə brcun qatarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Sumqayıt ŞPİ-də verilmiş izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə əmisi qızı Mehblıyeva Aytənin yoldaşı İddiaçı başqa şəxsə olan borcunu ödəmək üçün 17 min manat pulu 4 saylı Notariat ofisində müqavilə bağlamaqla borc almışdır.Hər ay minimum 600 manat və maksimum 800 manat olmaqla təxminən 2 il ərzində Mehbalıyeva Aytənin kart hesabına göndərmişdir. Təxminən 4000 manat məbləği əlbəəl vermişdir.Pulun Anatoliyə verilib-verilməməsi ilə bağlı məlumatı yoxdur. İddiaçı müraciətinin icrasına dair Sumqayı ŞPİ tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı müraciəti ilə analoji izahat yazaraq həmin xüsusatları bir daha təsdiqləmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 1500 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 300 manat pul köçürülmüşdür. 523915******9907 nömrəli kart hesabına 150 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 500 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 500 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******2798 nömrəli kart hesabına 300 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******2798 nömrəli kart hesabına 200 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 2000 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 523915******9907 nömrəli kart hesabına 200 manat pul köçürülmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3662/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinin qismən təmin edilməsi, iddiaçı X12 ilə cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2010-cu il tarixində 40 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 iddiaçı X9 yanında qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, cavabdeh İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X11 ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 141 manat məbləğində rüsum ödəmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı isə kredit müqaviləsi üzrə olan məbləği tələb edir.Cavabdeh iddiaçıdan müqavilə üzrə 17000 (on min) manat məbləğində borc pul götürmüş, kredit müqaviləsi üzrə ödənişləri həyata keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən Serebryakov Vladimiroviçin hesabına pulun ödənilməsini təsdiq edən sübut məhkəmə mübahisəsinin predmeti olmamışdır. Yəni iddiaçı Serebryakov Vladimiroviçin hesabına Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim edilməmiş, məhkəməyə təqdim edilmiş qəbzlərdə müəyyən edilməmiş, Kapital Banka verilmiş sorğunun cavabından görünür ki, Anatolinin hesabına bir neçə şəxslər tərəfindən ödəniş edilmiş, lakin qəbzlərin içərisində Cavabdeh məxsus hesab nömrəsi nömrəsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bütün qeyd olunan xüsusatlar nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 141 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 17000 manat məbləğində pul və 141 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4301/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4301/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver