Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4302/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı nağd pul krediti müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139554-CNS-14216 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 may 2022-ci il tarixə Banka borclu olduğu 1031.34 manat məbləğində əsas borc, 3.44 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1034.78 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.35 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139554- CNS-14216 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə 2.800 ABŞ dolları məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 22 faiz müəyyən edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139554-CNS-14216 №-li “Nağd pul krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh 17 sentyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilmiş və 2.637 manat məbləğində müəyyən edilmiş, cavabdeh isə həmin borcu 60 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək qaytamağı və kreditdən istifadəyə görə illik 27 faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2014-cü il tarixli 139554-CNS-14216 №-li “Nağd pul krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 1 saylı Razılaşma üzrə Banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 139554-CNS14216 №-li “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 1.625,98 manat məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 18 may 2022-ci il tarixə 1.031,34 manat məbləğində əsas borc və 3,44 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.034,78 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin cavabdeh köçdüyü üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh 139554-CNS-14216/2 saylı, xx.xx.2019-cu il tarixli nağd pul krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 1031.34 manat əsas, 3.44 manat faiz, cəmi 1034.78 manat borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 139554-CNS-14216 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 22% hesablanması şərtilə 36 ay müddətinə 2800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 139554-CNS-14216 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək hər ay 107 ABŞ dolları, yalnız sonuncu ay 105.16 ABŞ dolları olmaqla ödəniş etməlidir. İş materiallarında olan 145071-CNS-16836 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli, 01 saylı razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 2637 manat məbləğdə müəyyən edilmiş, hazırki razılaşmaya əsasən həmin borc 60 ay ərzində, xx.xx.2020-ci il tarixədək illik 27% hesablanması ilə ödənilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 139554-CNS-14216 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hər ay 80.48 manat, yalnız sonuncu ay 89.02 manat ödəniş etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 1031.34 manat əsas, 3.44 manat faiz borcu olmaqla, cəmi 1034.78 manat borc və 30.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 1031.34 manat əsas, 3.44 manat faiz borcu olmaqla cəmi 1034.78 (min otuz dörd manat yetmiş səkkiz qəpik) manat borc və 30.35 (otuz manat otuz beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4302/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4302/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver