Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-434/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat pulun və məhkəməyə ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandımışdır ki, Cavabdeh onun iş yoldaşıdır, belə ki, onlar birlikdə 22 saylı tam orta məktəbdə hazırda da müəllim işləyirlər. Təxminən 2020-ci ilin mart ayında Cavabdeh məktəbdə ona yaxınlaşaraq ondan 1500 manat borc pul istəmişdir. Bildirmişdir ki, oğlu Turala toy edir, ev tikdirəcək, ona pul lazımdır. O, da cavabdehə inanıb səhəri günü ona 1500 manat borc pul vermişdir. Bir müddət sonra isə ondan yenə də borc pul istəmişdir ki, məbləğ azdır, o da cavabdehə 900 manat da borc vermişdir. Ümumilikdə Cavabdeh 2400 manat borc pul verib. Beləliklə, o, Nəzakətlə razılaşmışdır ki, hər ay az-az borcundan ödəyəcək. Hələdə bugünə kimi, 2400 manat borcundan bir qəpik də olsun ödəməmişdir. Bu halı təsdiq edən şahidləri də vardır. Artıq başa düşmüşdür ki, Cavabdeh ona olan 2400 manat borcunu qaytarmır. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda cavabdehin ona 2400 manat borcu var. Cavabdehə 1500 manat verməsi barədə onun cavabdeh tərəfindən imzalanmış sənədi də var. Həmin sənəddəki yazıları o yazsa da, imzanı cavabdeh çəkmişdir. 900 manat verməsinə dair hər hansı sənəd olmasa da, o cavabdehin gəlininə də əlavə olaraq 900 manat borc vermişdir. O, borcun qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı faizlə borc pul verir. O, həmişə kartını iddiaçıya verib ondan borc pul almışdır. O, borc kimi aldığı pulu ya evinə gedərək şəxsən özünə ödəmiş və ya kartına pul köçürmüşdür. Sonuncu dəfə qızılını qoyaraq iddaçıdan 150 manat borc pul almışdır. İddaçı ona qızılını qaytaracağı təqdirdə 150 manat pulu ödəməyə razıdır. Bir daha məhkəmənin nəzərəinə çatıdırır ki, onun iddiaçıya yalnız 150 manat borcu qalmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənəddən məlumatsızdır, onu harada və necə imzalamasından xəbərsizdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əlyazma ilə yazılmış 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh ayda 150 manat qaytarmaq şərti ilə Sahibə Abdiyevadan 1500 manat pul götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı həmçinin iddia tələbinin əsası kimi Cavabdeh Cəli qızına 1500 manat pul verməsinə dair 2019-cu il tarixli iltizamın sonuncu tərəfindən imzalandığına istinad etmişdir. Bu məsələnin araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/262 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 20 vərəqəsində olan 2019-cu il tarixli qəbzdə “İmza” qrafasındakı imza ilə Cavabdeh eksperimental nümunələri ilə (i.v.ş 28) Cavabdeh məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin (i.v.29) kserosurətində əks olunmuş imza-EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, iltizamdakı imzanın cavabdehə məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən təqdim edilmiş sözügedən iltizama baxış keçirdikdə xüsusi bilik tələb olunmadan iltizamın imza hissəsinin iltizamın yazıldığı dəftərə aid olmayan başqa bir dəftərdən (riyazi damaları başqa rəngdə olan dəftərdən) cavabdehə məxsus imzanın olduğu hissənin kəsilərək əlavə edildiyi aydın görünür. Bu səbəbdən məhkəmə həmin sənədi iddiaçı tərəfindən cavabdehə 1500 manat dəyərində pul verildiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehə əlavə 900 manat borc pul verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdeh məhkəmə iclasında iddiaçıya 150 manat borcu olduğunu etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi yalnız həmin hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 150 (yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia cuzi hissədə (təxminən 6% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən dövlət rusumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 124 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-434/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-434/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver