Məhkəmə qərarları › İş №e-2(060)-4365/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4365/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4365/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş pulların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC ilə cavabdeh X3 ilə arasında bağlanılmış 05 yanvar 2015-ci il tarixli, 016Ca SA150050001 saylı kredit müqaviləsi üzrə onun əmək haqqından bankın xeyrinə tutulmuş 8.656 (səkkiz min altı yüz əlli altı) manat məbləğində pulun, habelə 107 manat məbləğində dövlət rüsumunun, cəmi 8.756 (səkkiz min yeddi yüz əlli altı) manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X3 ilə arasında bağlanılmış 05 yanvar 2015-ci il tarixli 016CaSA150050001 saylı kredit müqaviləsi üzrə X6 15 000 ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin təminatı kimi "xxxx" ASC ilə digər Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli 016FİZAM46957701 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni qaydada cavabdehin öhdəliyinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 oğlu ilə xx.xx.2015-ci il tarixli 016FİZAM48332801 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni qaydada həmin öhdəliyinin təminatı kimi "xxxx" ASC ilə X5 arasında, yəni onunla bank arasında xx.xx.2015-ci il tarixli, 016FİZAM48332401 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit alan - cavabdeh İsmayılov Elşən Rəsid oğlu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, kredit borcunu banka qaytarmamışdır. Ona görə də "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi verərək 05 yanvar 2015-ci il tarixli, 016Ca SA150050001 saylı kredit müqaviləsi üzrə əsas borclu – cavabdeh İsmayılov Elşən Rəsid oğlundan və ona zamin durmuş birgə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X1 müştərək qaydada bankın xeyrinə 13 442.38 ABŞ dolları kredit borcunun, 1823 ABŞ dolları faiz borcunun,1937,35 ABŞ dolları peniyanın, cəmi 17203,18 ABŞ dolları və 30 manat məhkəmə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(060)-200/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,cavabdeh X3 ilə "xxxx" ASC arasında bağlanılmış 05 yanvar 2015-ci il tarixli, 016CaSA150050001 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh və həmin kredit müqaviləsi üzrə əsas borc üzrə - 13 442 ABŞ dolları, faiz borcu üzrə -1823,4 ABŞ dolları cərimə ( penya ) üzrə - 50 ABŞ dolları, cəmi - 15315,83 ABŞ dollar məbləğində pulun valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehlər İsmayılov Elşən Rəsid oğlu, Cavabdeh3, Cavabdeh2 və X1 müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(060)-200/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və məhkəmənin icra vərəqəsi üzrə həmin qətnamənin icra olunması üçün icra sənədi Sumqayıt Şəhər üzrə İcra İdarəsinə yönəldirilmişdir. İş icra mərhələsində olan zaman məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsini təmin etmək üçün icra məmuru tərəfindən müvafiq tədbirlər görülmüşdür. Lakin əsas borclu olan İsmayılov Elşən Rəsid oğlundan borcun tutulması mümkün olmamış və tələb zaminlərə yönəldirilmişdir. Kredit müqaviləsi üzrə borclu İsmayılov Elşən Rəsid oğluna zamin durmuş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pulu, əmlakı və gəlir mənbəyi aşkar edilməmiş ona görə borcun tutulması onun əmək haqqına yönəldilmişdir. Belə ki, icra məmuru tərəfindən görülmüş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, o, "xxxx" MMC işləyir, stabil olaraq əmək haqqı alır. Ona görə də icra məmuru Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2(060)-200/2016 saylı qətnaməsi əsasında verilmiş icra vərəsi üzrə borc məbləğinin tutulmasını onun əmək haqqına yönəltmişdir: əmək haqqının bir hissəsi hər ay tutularaq cavabdeh X2 banka olan borcunun ödənilməsinə yönəldirilir. Hazırda cavabdeh İsmayılov Elşən Rəsid oğlunun kredit borcu üzrə onun əmək haqqından ümumillikdə 8,656 manat (səkkiz min altı yüz əlli altı manat) məbləğində pul tutulmuşdur. Göstərilən maddi normalardan müəyyən olunur ki, zamin kerditorun tələbinin təmin etdiyi halda, kreditora məxsus tələb hüququ onun tələbinin ödədiyi həcmdə zaminə keçir. Yəni, zamin kreditora ödədiyi məbləğ həcmində pulunu əsas borcludan reqres qaydasında qeri tələb etmək hüququna malikdir. Qeyd edilən maddi normalardan həm də müəyyən olunur ki, əsas borcluya bir necə şəxs zamin durduğu halda, onlar borc üzrə müştərək qaydada məsuliyyət daşıyırlar. Əsas borcluya zamin durmuş şəxslərdən biri borcu ödədiyi halda o, həmin pulun qaytarılmasını həm əsas borcludan , həm də digər zaminlərdən müştərək qaydada tələb etmək hüququna malikdir: Belə bu hüquq da kreditordan pulu ödəmiş zaminə keçir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 10588 (on min beş yüz səksən səkkiz) manatın cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, arayışı elektron sistemə yükləmişlər. Orada 5935.91 manat yazılmışdır. Ona görə də həmin məbləğdə iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Tələb Cavabdeh1 qarşıdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13-13/2-3/08-303/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" ASC Abşeron ESŞ-nin nəzarətçi-mühəndis vəzifəsində işləyir. 2(006)-200/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən 2022-2024-cü illər üzrə ona hesablanmış əmək haqqından tutulan borc məbləği 2022-ci ilin noyabr ayı üzrə 318,09 manat, 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə 0 manat, 2023-cü ilin mart, aprel, may, iyun ayları üzrə 318,09 manat, 2023-cü ilin iyul ayı üzrə 520,44 manat, 2023-cü ilin avqust ayı üzrə 318,56 manat, 2023-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə 318,09 manat, 2024-cü ilin avqust ayı üzrə isə 324.59 manat olmaqla, cəmi 5935,91 (beş min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 107.60 manat ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-200/2016 saylı, 07 yanvar 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 016CASA15005001, cavabdehlər X4, Cavabdeh3, Cavabdeh2 və İddiaçı müştərək qaydada 13442.38 ABŞ dolları əsas kredit borcu, 1823.45 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 50 ABŞ dolları penya, cəmi 15315.83 (on beş min üç yüz on beş manat səksən üç sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 27 (iyirmi yeddi) manat dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhdmar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş ünvan 1 İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak onlar tərəfindən müəyyən olunmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş ünvan 2r. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak onlar tərəfindən müəyyən olunmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş ünvan 3ar. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak onlar tərəfindən müəyyən olunmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar müvafiq icra sənədində borclunun ünvanı kimi göstərilmiş Sumqayıt şəhəri, Azərbaycan Dəmir yolu yük həyəti ünvanında olmuşlar. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli akt tərtib olunaraq həmin ünvana baxış aparılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak onlar tərəfindən müəyyən olunmamışdır. Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı əmək haqqından tutulmalar olmuşdur. İcra işindən müəyyən olunur ki, icra ödənişləri həyata keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 016CASA15005001 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli 016FİZAM48332401 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı zaminlik müqaviləsi əsasında ümumilikdə 5935.91 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyiicra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icraetdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bankın sənədlərinə, borcun verilməsi barədə pul köçürmə sənədinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə sorğusu əsasında tələb edilmiş icra işi və araşdılan mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, üzrə iddiaçı – zamin İddiaçı borclu – Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini 5935.91 manat hissəsində icra etmiş, məhkəmə iclasında 5935.91 manat pul tələbi hissəsində iddia tələbini müdafiə etmişdir.Bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir. Belə olduğu təqdirdə məhkəmə iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ hissəsində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfindən ümumillikdə 5935.91 manat məbləğində pul ödənilmiş, lakin iddiaçı sonradan məhkəmə baxış iclasında 5935.91 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Ona görə də iddia tələbi 5935.91 manat məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 5935.91 manat məbləğində pulu Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin iddiaçı iddia tələbini cavabdehlər Cavabdeh1 ilə bərabər digər cavabdehlərə qarşı iddia qaldırması və iddia tələbinin məbləği ilə bağlı əsaslı deyildir. Belə ki, Cavabdeh1un kredit öhdəli ilə bağlı İddiaçı zamin olduğundan, iddiaçının əmək haqqından tutulan məbləğ hissəsində iddia tələbi əsaslı olmaqla iddia tələbi qismən təmin edilməli, qalan hissədə öz təsdiqini tapmadığından təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdimetdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən, 1.000 manatdan 10.000 manata kimi 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tələb edildiyindən, eyni zamanda 5935.91 manat məbləğində iddia tələbi qismən təmin edildiyi üçün, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 107.60 manatın 79.35 manatı cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 5935.91 (beş min doqquz yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində pul, ödənilmiş 79.35 (yetmiş doqquz manat otuz beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar