Məhkəmə qərarları › İş №e-2(060)-4366/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4366/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4366/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla Cavabdeh arasında bağlanmış 10.06.2019-cu il tarixli 125929-1-15208/2 saylı «xxxx müqaviləsi»nə əsasən 25 fevral 2021-ci il tarixə Banka borclu olduğu 2679,55 manat əsas, 14,51 manat faiz borcu, cəmi 2694,06 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək Bankla Cavabdeh arasında bağlanmış 10.06.2019-cu il tarixli 125929-1- 15208/2 saylı «xxxx müqaviləsi»nə əsasən 04 iyun 2021-ci il tarixə Banka borclu olduğu 2619,55 manat əsas borcun, 14,51 manat faiz borcu, cəmi 2634,06 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.06.2014-cü il tarixli 125929-CNS-5144 nömrəli «xxxx müqaviləsi»nə əsasən Cavabdeh istehlak məqsədilə illik 20 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 03.06.2014-cü il tarixli 125929-CNS-5144 nömrəli “xxxx müqaviləsi” üzrə olan borcunu bağlamaq məqsədilə Bankla arasında bağlanmış 23.04.2015-ci il tarixli 125929-1-15208/2 N-li “xxxx müqaviləsi”nə əsasən cavabdehə 47 ay müddətinə illik 20 faiz hesablanması şərti ilə 4336 ABŞ dolları məbləğində verilmiş kredit hesabına onun əvvəlki müqaviləsi üzrə Banka olan borcu silinmişdir. Bankla Cavabdeh arasında bağlanmış 23.04.2015-ci il tarixli 125929-1- 15208/2 N-li “xxxx müqaviləsinə dəyişiklik və əlavələr edilmə” barədə 14.06.2016-cı il tarixli 1 saylı razılaşmaya əsasən borclunun 14 iyun 2016-cı il tarixdə mövcud olan borcu kapitallaşdırılaraq 3706 ABŞ dolları məbləğində müəyyən edilmiş və borcluya həmin kredit məbləğini illik 20 faiz hesablanması şərti ilə 60 ay müddətinə yəni 14.06.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 23.04.2015-ci il tarixli 125929-1-15208/2 N-li “xxxx müqaviləsinə dəyişiklik və əlavələr edilmə” barədə 14.06.2016-cı il tarixli 1 saylı razılaşması üzrə banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə Bank ilə Cavabdeh arasında 10.06.2019-cu il tarixli 136939-1 -17184/1 N-li “xxxx müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 2736,63 AZN məbləğində müəyyən edilmiş və Cavabdeh həmin kredit məbləğini illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 10 avqust 2020-ci il tarixdən lazımınca icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.06.2019-cu il tarixli 125929-1- 15208/2 saylı “xxxx” müqaviləsindən (restrukturizasiya) görünür ki, Bank VTB ASC borcalan Cavabdeh 14.06.2016-cı il tarixli 1 saylı razılaşması üzrə kredit restrukturizasiyası olunaraq borclu 2736,63 manat krediti 60 ay müddətinə illik 1 faiz hesablanması şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 10.06.2019-cu il tarixli 125929-1-15208/2 saylı “xxxx” müqaviləsi üzrə 04.06.2021-ci il tarixə 2619,55 manat əsas, 14,51 manat faiz, cəmi 2634,06 manat borcu var. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 2619,55 manat əsas borc, 14,51 manat faiz borcu, cəmi 2.634,06 manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2619,55 manat əsas borc, 14,51 manat faiz borcu, cəmi 2.634,06 (iki min altı yüz otuz dörd manat, altı qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar