Məhkəmə qərarları › İş №e-2(060)-4384/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4384/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4384/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit xətti müqaviləsi üzrə borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322373-CNS- 24378 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 may 2022-ci il tarixə Banka borclu olduğu 4.614,24 (dörd min altı yüz on dörd manat 24 qəpik) manat məbləğində əsas borc, 131,89 (bir yüz otuz bir manat 89 qəpik) manat məbləğində faiz borcu və 70,50 (yetmiş manat 50 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 4.816,63 (dörd min səkkiz yüz on altı manat 63 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,17 (altmış səkkiz manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322373-CNS-24378 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh fərdi istehlak məqsədləri üçün illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 5.000,00 (beş min manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.10-cu və 3.8-ci bəndlərinə əsasən kart hesabına köçürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322373-CNS-24378 №-li “Nağd pul krediti müqaviləsi”nin: - 2.10-cu bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq Cari hesabına köçürmə yolu ilə verilir. ... - 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh həmin kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 17 yanvar 2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 18 may 2022-ci il tarixə 4.614,24 (dörd min altı yüz on dörd manat 24 qəpik) manat məbləğində əsas borc, 131,89 (bir yüz otuz bir manat 89 qəpik) manat məbləğində faiz borcu v ə 70,50 (yetmiş manat 50 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 4.816,63 (dörd min səkkiz yüz on altı manat 63 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvan düzgün olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322373-CNS-24378 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 16,9 (on altı tam on doqquz) faiz hesablanması şərti ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 4.614,24 (dörd min altı yüz on dörd manat 24 qəpik) manat məbləğində əsas borc, 131,89 (bir yüz otuz bir manat 89 qəpik) manat məbləğində faiz borcu və 70,50 (yetmiş manat 50 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 4.816,63 (dörd min səkkiz yüz on altı manat 63 qəpik) manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 322373-CNS-24378 №-li “Nağd pul krediti müqaviləsinə”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 16,9 (on altı tam onda doqquz) faiz hesablanması şərti xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsədə, öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 4.614,24 (dörd min altı yüz on dörd manat 24 qəpik) manat məbləğində əsas borc, 131,89 (bir yüz otuz bir manat 89 qəpik) manat məbləğində faiz borcu və 2 (iki) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 4748,13 (dörd min yeddi yüz qırx səkkiz manat 13 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,17 (altmış səkkiz manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutularaq Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4.614,24 (dörd min altı yüz on dörd manat 24 qəpik) manat məbləğində əsas borc, 131,89 (bir yüz otuz bir manat 89 qəpik) manat məbləğində faiz borcu və 2 (iki) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 4748,13 (dörd min yeddi yüz qırx səkkiz manat 13 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,17 (altmış səkkiz manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutularaq Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar