Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4402/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə 9288,51 manat əsas, 123,79 manat faiz, cəmi 9412,3 manat borc, ödənilmiş 114,13 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X6 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş qalan 9288,51 manat əsas, 123,79 manat faiz, cəmi 9412,3 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X9 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. mərhum atası tərəfindən kredit götürülmüş, həmin məbləğdən 1500 manatdan artıq ödəniş edilmişdir. Hesab edir ki, borcun məbləği iddiaçı tərəfindən düzgün göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 29 iyun 2022-ci il tarixli iclasında iştiak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin kreditin götürülməsindən xəbəri olmamışdır. X14 yaşlı olduğu üçün başqa bir şəxs onu aldatmış və onu kredit götürməyə təhrik etmişdir. Həmin kredit məbləğindən nə ona, nə də oğluna heç bir vəsait çatmamışdır. Cavabdeh həmçinin bildirdi ki, X14dən miras əmlak olaraq 3 otaqlı hal-hazırda yaşadıqları evi qəbul etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: "xxxx" ASC ilə cavabdeh X8 arasında bağlanmış 23 sentyabr 2019-u il tarixli, BPM**********06 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC borcalan X6 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və razılaşdırılmış müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 23 sentyabr 2019-u il tarixli, №BPM**********06 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək banka ödənilmiş əsas borcu 711,49 manat, ödənilmiş faiz borcu 877,23 manat təşkil edir. Ödənilməmiş əsas borcu 9288,51 manat, 123,79 manat faiz, cəmi 9412,3 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 Notariat Ofisi tərəfindən göndərilmiş məktubun məzmunundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə V-62/2020 reyestr nömrəli vərəsəlik işi açılaraq arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 vərəsə kimi tanınmışdır. xx.xx.2021-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2 və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ serialı 073913 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə X8 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Borclu 30 mart 2020-ci il tarixdə ölmüşdür. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 qanun üzrə vərəsələridir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcələsinin 1151, 1306-cı maddələrinə istinadən iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdehlər borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsələri kimi birgə məsuliyyət daşıyırlar. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Araşdırıdan mübahisədən göründüyü kimi vərəsələr tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlakdır (3 otaqlı mənzil). Məhkəmə daşınmaz əmlakın müəyyən bir dəyər daşıdığını və həmin dəyərin tələb olunan borc məbləğinin (9412,3 manat) həcmindən çox olmasının bəlli bir hal olduğunu nəzərə alaraq hesab edir ki, borc məbləği vərəsəyə keçmiş miras pay həcminin aşmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9288,51 manat əsas, 123,79 manat faiz, cəmi 9412,3 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,53 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9288,51 manat əsas, 123,79 manat faiz, cəmi 9412,3 (doqquz min dörd yüz on iki manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114,53 (bir yüz on dörd manat əlli üç qəpik) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4402/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4402/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver