Məhkəmə qərarları › İş №e-2(060)-4405/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4405/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4405/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 28 mart 2013-cü il tarixli, BAL0906311/13 saylı müqaviləsə əsasən 375.06 manat əsas, 598.07 manat faiz, 0 manat cərimə borcu, cəmi 973.13 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 28 mart 2013-cü il tarixli, BAL0906311/13 saylı, müqaviləyə əsasən bank ona ümumilikdə 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X3 Banka ümumi olaraq 973.13 manat borcu vardır. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X3 qanuni vərəsələridirlər. X3 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və digərlərindən xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas, 12.20 manat faiz borcu olmaqla, cəmi 387.26 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında qeyd etdi ki, o, etiraz etmir. Ancaq hissə-hissə ödəyə bilər. 10 ildir oğlu ölmüşdür. Ödəməyə imkanı yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X5 arasında İddiaçı ASC–nin müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında xx.xx.2013-cü il tarixli müqaviləyə bağlanmış xx.xx.2021-ci il tarixli, DK/53198/80/11 saylı sazişə əsasən X4 maksimal illik faiz dərəcəsi 36 faiz, minimal istifadə müddəti 12 ay, maksimal istifadə müddəti 10 il müddəti olmaqla, 500 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş “Balansdankənar məxaric orderi”ndən görünür ki, X5 tərəfindən 1 ədəd “BalCards” növlü kart qəbul edilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli, BAL0906311/13 saylı müqaviləyə 375.06 əsas borc, 598.07 manat faiz, borcu vardır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vəfat etmiş X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dur. Onlar miras əmlakdan 1/3 hisədə pay almamlıdırlar.,əhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X4 verilmiş **********18-05***-******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyeystrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.29 kv/m olan daşınmaz əmlakdan ibarətdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ödəniş tapşırığından və iddia tələbinin həcminin azaldılması barədə ərizədən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 28 mart 2013cü il tarixli, BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas borcu qalmışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 28 mart 2013-cü il tarixli, BAL0906311/13 saylı, müqavilələrə əsasən bank ona ümumilikdə 500 manat məbləğlərində kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 973.13 manat məbləğində borcu qalmışdır. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X3 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X2 qalmış əmlakı miras kimi qəbul etmişdir. X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məmmədov Orxan öldüyü zaman onun mülkiyyətində olmuş pul vəsaitinə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir.Sonradan iddia tələbinin həcmi azaldılaraq, cavabdehlər Cavabdeh3 və digərlərindən xx.xx.2013-cü il tarixli BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas borc, 12.20 manat faiz məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 onun vərəsələri olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında müəyyən edildiyindən bununla da, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 28 mart 2013cü il tarixli, BAL0906311/13 saylı müqaviləyə əsasən 375.06 manat əsas borc, 12.20 manat faiz məbləği, cəmi 387.26 manat, 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC- yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar