Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4415/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı «Aztur Rent A Сar» MMС-nin cavabdeh X2 qarşı «pul tələbinə» iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; MÜƏYYƏNETDİ: İddiaçı «Aztur Rent A Сar» MMС iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh X1 1800 (min səkkiz yüz) manat əsas məbləğ və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun iddiaçı «Aztur Rent A Сar» MMС-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı «Aztur Rent A Сar» MMС-nin nümayəndəsi X3 ərizə ilə müraсiət edərək, сavabdeh A.Əliyev tərəfindən sözü gedən borс məbləği tam ödənildiyi üçün mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbayсan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və сavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı «Aztur Rent A Сar» MMС-nin cavabdeh X2 qarşı «pul tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «Aztur Rent A Сar» MMС tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı «Aztur Rent A Сar» MMС-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(060)-4415/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4415/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver