Məhkəmə qərarları › İş №e-2(060)-4421/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4421/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4421/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin Cavabdeh qarşı dəymiş borcun tutulması, tutmanın girovla yüklü edilmiş əmlaka yönləndirilməsi və açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB(Azərbaycan)” ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1 dekabr 2019-cu il tarixli, 114778-1-7554/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2024cü il tarixə Banka borclu olduğu 2149.11 manat əsas borc, 6.58 manat faiz, 0.02 manat cərimə borcu ümumilikdə isə 2155.71 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41.56 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo” markalı, boz metal rəngli, buraxılış ili 2012-ci il olan, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli 114778-1-7554/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9658.82 manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli 1147xx-xx-10433 saylı “Daşınar əmlakın sonrakı ipoteka müqaviləsi”nə əsasən kredit müqaviləsi üzrə öhədliklərin təminatı olaraq “Chevrolet Aveo” markalı **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 12 fevral 2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 2155.71 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı Bank VTB(Azərbaycan)” ASCnin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - QSC “Bank VTB(Azərbaycan)” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 114778-1-7554/1 saylı müqavilədən görünür ki, Bank tərəfindən Cavabdehə illik 1 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 9658,82 manat kredit verilmişdir. - QSC “Bank VTB(Azərbaycan)” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 1147xx-xx-10433 saylı ipoteka müqaviləsindən görünür ki Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh “Chevrolet Aveo” markalı, boz metal rəngli, buraxılış ili 2012-ci il olan, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixli, 114778-1-7554/1 saylı ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin banka 2149,11 manat əsas borc, 6,58 manat faiz borcu, 0,02 manat cərimə borcu, ümumilikdə 2155,71 manat manat borcu qalmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2351 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli 114778-1- 7554/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2019-cu il tarixli 1147xx-xx-10433 saylı ipoteka müqaviləsi bağlanmış və “Chevrolet Aveo” markalı, boz metal rəngli, buraxılış ili 2012-ci il olan, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 114778-1-7554/1 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehin banka 2149,11 manat əsas borc, 6,58 manat faiz borcu, 0,02 manat cərimə borcu, ümumilikdə 2155,71 manat manat borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə “Chevrolet Aveo” markalı, boz metal rəngli, buraxılış ili 2012-ci il olan, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikası MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədi ilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əssında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraaatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Məhkəmə, qeyd edir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, eləcə də ipoteka predmetinin kimin istifadəsində və hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün olmadığından sözügedən əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsinin qətnamənin icra mərhələsində həyata keçirilməsi məqsədəmüvafiqdir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 6,58 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur.Məhkəmə hesab edir ki, cavabdehdən 6,58 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2155,71 manat olduğundan ödənilmiş 41,56 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Bank VTB(Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 114778-1-7554/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2149,11 manat əsas borc, 6,58 manat faiz borcu, 0,02 manat cərimə borcu, cəmi 2155,71 manat borc və 41,56 manat dövlət rüsumunun əvəzi “Bank VTB(Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. Tutma “Bank VTB(Azərbaycan)” ASC qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo” markalı, boz metal rəngli, buraxılış ili 2012-ci il olan, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın və borc avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına “Bank VTB(Azərbaycan)” ASC -nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar