Məhkəmə qərarları › İş №e-2(060)-4436/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4436/2023

22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4436/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X20 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və digər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsi ilə X3 üçün müəyyən edilmiş 55 manat məbləğinin dəyişdirilərək 220 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması, digər xərclərinin ödənilməsi üçün hər ay 100 manat sabit pul məbləğinin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 03 iyul 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından 24 iyul 2005-ci il təvəllüdlü X10 və 26 fevral 2007-cı il təvəllüdlü X14 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1840/2010 saylı mülki iş üzrə 27 avqust 2010-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 24 iyul 2005ci il təvəllüdlü X10 və 26 fevral 2007-cı il təvəllüdlü X8 iddiaçının yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay, hər uşağa 55 manat olmaqla, cəmi 110 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda cavabdehlə birgə nikahlarından doğulmuş övladları X14 ali məktəbə qəbul olunmaq üçün məktəbdən sonra hazırlıq kurslarında iştirak edir ki, ona görə əlavə xərclər (dərs ləvzimatları alınması, nəqliyyat xərcləri və s.) tələb olunur. İddiaçı X6 ali məktəbdə təhsil alması ilə bağlı xərclərini çətinliklə də olsa ödəyir. X4 ali məktəbə hazırlıqla bağlı xərclərinin ödənilməsində isə çətinlik çəkir. Odur ki, 220 manat aliment məbləği ilə yanaşı X8 təhsil xərclərinin də ödənilməsi üçün cavabdeh tərəfindən hər ay 100 manat maddi yardım tutulmalıdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaqlarının maddi və mənəvi ehtiyaclarını ödəyir. Alimentin artırılaraq 220 manat məbləğində təyin edilməsinə etirazı yoxdur. Özü yeni nikaha daxil olub. Həmin nikahdan iki uşağı var. İddiaçının tələb etdiyi digər xərclər barədə tələblə razı deyil. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1840/2010 saylı mülki iş üzrə 27 avqust 2010-cü il tarixli qətnaməsi ilə tərəflər arasında 03 iyul 2005-ci ildə, Sumqayıt şəhər Qeydiyyat şöbəsində 714 № ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 24 iyul 2005-ci il təvəllüdlü X10 və 26 fevral 2007-cı il təvəllüdlü X8 iddiaçının yanında saxlanmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 18 fevral 2011-ci il tarixdən başlayaraq 24 iyul 2005-ci il təvəllüdlü X10 və 26 fevral 2007-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 55 manat olmaqla, cəmi 110 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X10 xx.xx.2005-ci ildə, X14 isə xx.xx.2007-ci ildə anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2011-ci ildə, 124 nömrə ilə qeyd edilmişdir. 668674 saylı nikah haqqında şəhadətnaməyə əsasən X13 ilə cavabdeh arasında nikah xx.xx.2011-ci il tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, X11 xx.xx.2012ci ildə, X12 isə xx.xx.2016-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X7r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)- 1329/2011 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2021- ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün azad edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin qazancını, əmlak vəziyyətini və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsi ilə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2023-cü il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 26 fevral 2007-ci il təvəllüdlü X2 üçün hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). Göründüyü kimi Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin hansı hallarda övladları ilə bağlı əlavə xərclərin çəkilməsində iştirakının mütləqliyi təsbit edilmişdir. Bu hallara ağır xəstə, şikəst olan uşaqlara, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar xərclər və “digər hallarla” bağlı xərclər aiddir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Hazırkı iş üzrə iddiaçı yetkinlik yaşına çatmayan uşağının təhsili ilə bağlı hər ay 100 manat əlavə xərcin cavabdehdən tutulmasını xahiş etsə də, təhsil xərci yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərin mütləq olaraq çəkməli olduğu kənar xərclərə aid olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 fevral 2007-ci il təvəllüdlü X2 üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar