Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-444/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 3890 manat borc pulun və məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə öz aralarında borc müqaviləsi bağlayaraq Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində borc pul vermişdir. Bu şərtlə ki, borc alan - xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh 2021-ci ildən başlayaraq 5300 manat pulu hər ay 130 manat olmaqla ona-İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Bu günə qədər müxtəlif vaxtlarda hissə-hissə 5300 manatdan 1410 manat qaytarmışdır. Hazırda 3890 manat borcu qalmışdır. Cavabdeh 3890 manat borcunu qaytarmaqdan boyun qaçırır. Ona görə də o da məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməsiniməhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdehə pretenziya məktubu və müqaviləni də göndərmişdir. Lakin borcunu qaytarmamışdır. 3890 manat borcu qalmışdır. Müəyyən vaxtlarda müəyyən ödənişlər etmişdir. Aybaay ödənişlər etməmişdir. Ailəsini tanımış və qaynatasının evinə getmiş və gəlmişdir. Bir dəfə zəng etmiş və açmamışdır. Daha sonra anasının telefonu ilə onun qaynananasına zəng etmişdir. Hal-hazırda cavabdeh qaynanası ilə yaşayır. Cavabdeh bildirir ki, borcu verəcəkdir. Verəcəyi müddət isə məlum deyildir. 6 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdehə 5300 manat borc pul vermişdir. 3890 manat borcu qalmışdır. Altı aydır ki, pulu ödəmir. Hər ay 130 manat ödəməklə qaytarmalı idi. 1410 manat pul vəsaiti qaytarmışdır. İki ilə yaxındır ki, cavabdehi tanıyır. Həmin məbləğdən müəyyən ödənişlər etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumatverməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kompüter (makina) üsulu ilə hazırlanan borc müqaviləsinin əslindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı 2021-ci ildən hər ay 130 manat qaytarmaq şərti ilə 5300 (beş min üç yüz) manat borc pul vəsaiti götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq götürülən borc pul vəsaiti faizsiz verilməsi şərti ilə 2021-ci ildən hər ay 130 manat olmaqla qaytarılmalıdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borcverən yəni, İddiaçı borc alan, yəni Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan 5300 manatı 2021-ci ildən hər ay 130 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Həmin müqavilənin 4-cü bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İş materiallarında olan dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə, iddia ərizəsini və mülki işin materillarını araşdıraraq, habelə iddiaçının verdiyi izahatlara əsasən müəyyən etmişdir ki, Cavabdeh tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli borc müqaviləsi əsasında 5300 (beş min üç yüz) manat pul vəsaitini, 2021-ci ildən hər ay 130 manat olmaqla iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə həmçinin iddianın 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-444/2024
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-444/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver