Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4444/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı “X5” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” Bakı filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borc tələbi” barədə iddiası üzrə mülki işə 02 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14.917,51 manat (bundan 13.911.83 manat əsas borc və 1.005,68 manat faiz borcu təşkil edir) məbləğində 11 iyun 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 134.75 manat dövlət rüsumunun tutularaq “X5” Bakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X5 Bakı Filialının müdiri A.K.Najafımarganmaskan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15.488,32 manat (bundan 13.911.3 manat əsas borc və 1.576,49 manat faiz borcu təşkil edir) borcu və ödənilmiş 134.75 manat dövlət rüsumunun tutularaq “X5” Bakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X5 Bakı Filialının müdiri A.K.Najafımarganmaskan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15.125,21 manat (bundan 13.911.83 manat əsas borc və 1.213,38 manat isə hesablanmış faiz borcu təşkil edir) borcu və 134.75 manat dövlət rüsumunun tutularaq “X5” Bakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, «X5» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «10» oktyabr 2022-ci il tarixli 964 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% ödəmək şərti ilə 59 ay müddətinə 17.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X5» Bakı filialı ilə X2 arasında 1077 saylı və Cavabdeh3 arasında 1078 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 427.06 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «borcalan» tərəfindən «kredit müqaviləsi»-nin hər hansı bir şərti pozulduqda «bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «borcalan» 10 oktyabr 2022-ci il tarixə «bank»-a kredit borcu üzrə 8.541,20 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi «borcalan» tərəfindən «banka»-a 6.455,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «borcalan» «bank»-a illik 27%ödəməlidir. 10 oktyabr 2024-cü il tarixə cavabdehin «bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 14.917,51 manat təşkil edir. Bundan 13.911,83 manat əsas borc və 1.005,68 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 10 oktyabr 2022-ci il tarixli, 964 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə X2 arasında 1077 saylı və Cavabdeh3 arasında 1078 saylı zaminlik müqaviləsi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əvvəlki iclasda həcmin artırılması ilə bağlı müraciət etmişdir. Sonra tərəf barışıq istəmişdir. Tam ödəniş olmadığı üçün barışıq da olmamışdır. 1000 manat ödəmişdir. 1000 manat da faiz borcundan silinmişdir. 13911.83 qəpik əsas borcu qalmışdır. Məhkəməyə müraciət edənə kimi də borc həmin məbləğdə olmuşdur. 02 oktyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Borc məbləğindən ödəniş edəcəyinə söz vermişdir. Lakin ailədə doğum həm oğlu, həm həyat yoldaşı əməliyyat olunmuşdur. 10-15 gün müddətində 3800 manat əsas məbləği, daha sonra aylıq ödəniş məbləğlərini davam edə bilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: «X5» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 17,000 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 17 faiz ödəməyi öhdəsinə götürür. Kredit 59 ay müddətinə verilmişdir. «X5» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçünborclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. «X5» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçünborclu Cavabdeh3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. «X5» Bakı filialının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X5» Bakı filialı qarşısında 13911,83 manat əsas borc, 1005,68 manat faiz borcu vardır. «X5» Bakı filialının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X5» Bakı filialı qarşısında 13911,83 manat əsas borc, 1576,49 manat faiz borcu vardır. «X5» Bakı filialının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X5» Bakı filialı qarşısında 13911,83 manat əsas borc, 1213,38 manat faiz borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv ediləbilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək əsas borc məbləği hesablanmış faiz borcu ilə birgə cavabdehdən ümumi qaydada tutulmalıdır. Məhkəmə həmçinin digər cavabdehlərin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüləri səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcludan tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd edir ki, «X5» Bakı filialının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, hazırda cavabdehin «X5» Bakı filialı qarşısında 13911,83 manat əsas borc, 1005,68 manat faiz borcu vardır. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin 1000 manat ödəniş etdiyini və onun da faiz məbləğində silinməsini bildirmişdir. Məhkəmənin gəldiyi qənaətə görə qanunvericiliyin ümumi qəbul edilmiş normasına əsasən iddiaçı tərəfin kredit öhdəliyi üzrə məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehdən tələb olunan əsas və faiz məbləğinin tutulması qanuna müvafiq olmaqla, məhkəmədə işin araşdırıldığı vaxtda cavabdehin ödədiyi məbləğ çıxılmaqla (iş materiallarında olan maliyyə arayışı) nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 13911,83 manat əsas borc, 5,68 manat faiz borcu olmaqla, ümumilikdə 13.917,51 manat pul cavabdehlərdən müştərək tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 131.75 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «X5» Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Kredit Müqaviləsi» üzrə yaranmış 13911,83 manat əsas borc, 5,68 manat faiz borcu olmaqla, ümumilikdə 13917,51 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 131.75 manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub «X5» Bakı filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4444/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4444/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver