Məhkəmə qərarları › İş №e-2(060)-4504/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4504/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4504/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəli kredit müqaviləsi üzrə XXX Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 605.51 manat məbləğində əsas bоrc və 234.07 manat faiz borcu оlmaqla, cəmi 839.58 (səkkiz yüz otuz doqquz (.58)) manat borc və 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli kredit müqaviləsi üzrə üzrə 559.92 manat məbləğində əsas bоrcu və 105.85 manat faiz borcu оlmaqla, ümumilikdə 665.77 (altı yüz altmış beş (.77)) manat məbləğində kredit bоrcu və 35.46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Xxx Cavabdeh2 arasında bağlanmış 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 1000 (bir min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еynizamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəlizaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. 2.İddiaçı ASC ilə borcalanXxx Cavabdeh2arasında bağlanmış 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 19% dərəcəsi ilə 1000 (bir min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 27 may 2022-ci il tarixinə cavabdehin 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəli kredit müqaviləsi üzrə 605.51 manat məbləğində əsas bоrcu və 234.07 manat faiz borcu оlmaqla, ümumilikdə 839.58 (səkkiz yüz otuz doqquz(.58)) manat məbləğində kredit bоrcu yaranmışdır. 27 may 2022-ci il tarixinə cavabdehin 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli kredit müqaviləsi üzrə 559.92 manat məbləğində əsas bоrcu və 105.85 manat faiz borcu оlmaqla, ümumilikdə 665.77 (altı yüzaltmış beş (.77)) manat məbləğində kredit bоrcu yaranmışdır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh1 və XXX Cavabdeh2 iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh XXX Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 200801-216010/1 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən XXX Cavabdeh2 12 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 200801-216010/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2021-ci il tarixli, № 200801-216010/1 №li kredit müqaviləsinin təminatı kimi xx.xx.2021-ci il tarixli, № 200801-216010/1 №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında xx.xx.2021-ci il tarixli, № 200801- 216010/1 №li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh XXX Cavabdeh2 "xxxx" ASC-yə 605,51 manat əsas borcu, 234,07 manat faiz borcu olmaqla, cəmi 839,58 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh XXX Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 200804-216010/2 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən XXX Cavabdeh2 12 ay müddətinə, illik 19% dərəcəsi ilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 200804-216010/2 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli, № 200804-216010/2 №li kredit müqaviləsinin təminatı kimi xx.xx.2021-ci il tarixli, № 200804-216010/2 №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında xx.xx.2021-ci il tarixli, № 200804- 216010/2 №li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh XXX Cavabdeh2 "xxxx" ASC-yə 559,92 manat əsas borcu, 105,85 manat faiz borcu olmaqla, cəmi 665,77 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh XXX Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 200801-216010/1 və xx.xx.2021-ci il tarixli, № 200804-216010/2 saylı “Kredit Müqavilələri” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 12 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər XXX Cavabdeh2 və Cavabdeh1 24 iyun 2021 il tariхli, 200801-216010/1 nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada 605.51 manat məbləğində əsas bоrc və 234.07 manat faiz borcu оlmaqla, cəmi 839.58 (səkkiz yüz otuz doqquz (.58)) manat borc və 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli kredit müqaviləsi üzrə üzrə 559.92 manat məbləğində əsas bоrcu və 105.85 manat faiz borcu оlmaqla, ümumilikdə 665.77 (altı yüz altmış beş (.77)) manat məbləğində kredit bоrcu və 35.46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər XXX Cavabdeh2 və Cavabdeh1 24 iyun 2021 il tariхli, 200801- 216010/1 nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada 605.51 manat məbləğində əsas bоrc və 234.07 manat faiz borcu оlmaqla, cəmi 839.58 (səkkiz yüz otuz doqquz (.58)) manat borc və 03 avqust 2021 il tariхli, 200804-216010/2 nömrəli kredit müqaviləsi üzrə üzrə 559.92 manat məbləğində əsas bоrcu və 105.85 manat faiz borcu оlmaqla, ümumilikdə 665.77 (altı yüz altmış beş (.77)) manat məbləğində kredit bоrcu və 35.46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar