Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4557/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi qardaşı vasitəsi ilə tanımışdır. Belə ki, cavabdeh iddiaçının qardaşı ilə bir yerdə idman məşqlərinə getdiyindən, onlar idman məşqlərində tanış olmuş və aralarında yoldaşlıq münasibətləri yaranmışdır. Məhz bu səbəbdən iddiaçı 2022-ci ilin sentyabr ayında cavabdehə 3000 manat məbləğində borc pul vermişdir. Həmin vaxt, yəni 30 sentyabr 2022-ci il tarixində cavabdeh iddiaçının qardaşı ilə işlədiyi yerə gəlmiş və anasının əməliyyatı üçün 3000 manat pula ehtiyacının olduğunu və borc alacağı pulu da qısa müddətə qaytaracağını bildirmişdir. İddiaçının qardaşı da cavabdehin sözünün üstündə duracağına və pulu qısa müddətə qaytaracağına inandığını bildirdiyindən, iddiaçı özündə olan 1000 manatla birlikdə iş yoldaşından 2000 manat borc pul almış və həmin pulları birləşdirərək 3000 manat borc məbləği şəklində pulu cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan pulu alarkən bir daha vurgulamışdır ki, bu pul anasının əməliyyatı üçün ona lazımdır və 15 oktyabr 2022-ci il tarixinədək pulu geri qaytaracaqdır. Bu barədə cavabdeh öz xətti ilə yazılı sənəd də yazaraq imzalamış və iddiaçıya təqdim etmişdir. Ancaq sonradan məlum olmuşdur ki, cavabdehin anasının hər hansı əməliyyatı üçün bu pul sərf olunmayıb, sadəcə olaraq Cavabdeh iddiaçıdan aldığı 3000 manat pulla başqa borclarını bağlamışdır. Həmin vaxtdan bugünədək iddiaçı cavabdehdən sözügedən pul məbləğini ala bilmir. Baxmayaraq ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, iddiaçının borcu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc götürdüyü pulu qaytarmaqdan imtina edir. Nəticədə iddiaçı cavabdeh tərəfindən aldadılaraq zərərə uğradılmışdır. Göstərilənlərə əsasən Cavabdeh borc olaraq iddiaçıdan aldığı 3000 (üç min) manat məbləğində pulun, eləcə də vəkil xidmətindən istifadə etməyə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “ünvan tam deyil” qeyd ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları
7. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borc aldığını etiraf edərək, həmin pulu 15 oktyabr 2022-ci il tarixinədək qaytaracağını öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan 96141 nömrəli qəbzin surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 500 saylı müqavilə üzrə 320 manat pul köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş materiallarında olan əlyazma borc müqaviləsindən göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuş, Cavabdeh İddiaçı 3000 manat borclu olduğunu etiraf etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
11. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
12. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
13. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
15. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Məhkəmə iddia tələbinin “320 manat hüquqi yardım xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.
21. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 50 manat məbləğində pul da cavabdehə aid edilməlidir.
24. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 3000 (üç min) manat məbləğində pul, habelə 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq İddiaçı ödənilməlidir.
25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul, habelə 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 320 (üç yüz iyirmi) manat hüquqi yardım üçün ödənilmiş xərcin əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva