Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4630/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X2 kаtibliyi ilə, İddiаçı İddiaçı АSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı АSC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “pul” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı müqaviləyə əsasən 158.01 manat əsas, 12.24 manat faiz, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə əsasən 165.2 manat əsas borcun, cəmi 335.45 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı АSC-nin nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı müqaviləyə əsasən 158.01 manat əsas, 12.24 manat faiz, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə əsasən 165.2 manat əsas borcun, cəmi 335.45 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Mehtiyev Zakir Heydər oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 950 manat məbləğlərində kredit vermişdir. Hazırda mərhum Mehtiyev Zakir Heydər oğlunun banka ümumi olaraq 335.45 manat borcu vardır. Mehtiyev Zakir Heydər oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mehtiyev Zakir Heydər oğlunun qanuni vərəsələridirlər. Mehtiyev Zakir Heydər oğlu tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə Mehtiyev Zakir Heydər oğluna verilmiş **********57-05101-193010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) ibarətdir. Cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, Mehtiyev Zakir Heydər oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə qədər arvadı və övladları olaraq onlara ödənilməmiş hər hansı borcunun olması barədə məlumat verməmişdir. Borclu şəxs bütün öhdəliklərinə münasibətdə məsuliyyətli olmuş və vaxtlı-vaxtında ödənişlərini etmişdir. Mübahisə predmeti olan borcun tam da ödənildiyini bildirmişdir. Ölümündən səkkiz ilə yaxın bir vaxt keçsə də, bank onlara hazırki mübahisə ilə bağlı heç bir bildiriş göndərməmiş, bircə dəfə belə zəng etməmişdir. Onlar da uzun müddət keçdiyinə görə heç bir ödəniş qəbzini saxlamamışlar. Amma dəqiq bilirlər ki, Zakir Mehtiyevin banka heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki mübahisə üzrə ilk növbədə borc olmadığından iddia əsassızdır. Əgər əsaslılıq verəcək hər hansı bir hal mövcuddursa belə, tələb üzrə iddia müddəti (2015-2024) ötürmüşdür. Bu səbəbdən də iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı АSC-nin nümayəndəsi X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən borcun əsassız olması və müddətin ötürülməsi ilə bağlı məhkəməyə təqdim edilmiş ərizədə göstərilən halların nəzərə alınmamasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər məhkəməyə borcun əsassız olduğunu və iddia müddətini ötürüldüyünü bildirərək ərizə təqdim etmişdirlər. Hesab edirlər ki, həmin ərizə əsassızdır. Belə ki, X11 Heydər oğlu xx.xx.2016-cı il tarixində vəfat etmişdir. X11 Heydər oğlunun qanun üzrə vərəsələri onun İddiaçı АSC-yə kredit borcu olması barədə məlumatlı olmuş və bankın ödəniş olunması ilə bağlı tələblərinə baxmayaraq borcun ödənilməsindən imtina etmişlər. xx.xx.2018-ci ildə vərəsəlik işinin açılması və miras əmlakın vərəsələrin adına rəsmiləşdirilməsinə dair banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə isə xx.xx.2023-cü il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından notariusun xx.xx.2023-cü il tarixli cavabı ilə məlumatlı olmuşdur. Cavabdehlər borcu ödəməkdən imtina etdiyi üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edilmişdir. Notariusun xx.xx.2023-cü il tarixli cavabı ilə yeni hüquq münasibəti, yəni vərəsələrə qarşı iddia hüquqları yaranmış və iddia müddətinin axımının xx.xx.2023-cü il tarixindən başlanması nəzərə alınaraq 3 illik iddia müddəti ötürülməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, borclunun 2 müqaviləsi vardır. Onlardan birinin müddəti ümummiyətlə bitməmiş və xx.xx.2015-ci il tarixinədək qüvvədədir. Məhkəmə iclasında İddiaçı АSC-nin nümayəndəsi X5 izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, müddətlə bağlı etiraz ərizəsində qeyd etmişdir. Müqavilələrdən birinin müddəti 31 oktyabr 2025-ci il tarixdə başa çatacaqdır. Burada müddətin tətbiqindən söhbət gedə bilməz. Tələb 2012 və 2015-ci il tarixli müqavilələr üzrədir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin açılmasından ümumiyyətlə xəbər olmamışdır. Mülki Məcəlləyə əsasən vərəsə özü bildirməyə borcludur. Notariusdan gələn rəsmi cavab nəticəsində bilmişlər ki, şəxs barəsində qanuni vərəsəlik işi açılmışdır. Bundan da təxmini 4 və yaxud 5 ay sonra məhkəməyə müraciət etmişlər. Burada da müddətə riayət olunmuşdur. 2016-cı il tarixdə şəxs vəfat etmiş, lakin 2018-ci il tarixdə vərəsəlik işi açılmışdır. Altı ay ərzində də müraciət etmişlər. Bu rəsmi şəkildə olmamış, şifahi şəkildə olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. X8 banka heç bir borcu yoxdur. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Mehtiyev Zakir Heydər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı kredit müqaviləsindən görünür ki, bаnk bоrcаlаnа 10 il müddətinə, illik 29 %-lə, 10000 manat məbləğində krеdit vеrmişdir; “Balansdankənar məxaric orderi”ndən görünür ki, Mehtiyev Zakir Heydər oğlu tərəfindən 1 ədəd “X13 Credit” növlü kart qəbul edilmişdir; İddiaçı ASC ilə Mehtiyev Zakir Heydər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BS-DK0219411/12 nömrəli baş sazişdən görünür ki, bu saziş tərəflər arasında kağız daşıyıcıda və ya “bankın” saytı vasitəsi ilə, həmçinin digər təklif edəcəyi əqdlərin müştəri tərəfindən imzalama və ya təsdiq edilmə yolu ilə bağlanmasının ümumi şərtlərini müəyyən edir. “Balansdankənar məxaric orderi”ndən görünür ki, Mehtiyev Zakir Heydər oğlu tərəfindən 1 ədəd “Dostlar klubu Gumush” növlü kart qəbul edilmişdir; Sumqayıt “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilmiş 2V-144 nömrəli, 09 fevral 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Mehtiyev Zakir Heydər oğlunun vərəsələri – X6, Cavabdeh2 və Cavabdeh1 – hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Mehtiyev Zakir Heydər oğluna verilmiş **********57-05101-493010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.6 kv/m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) ibarətdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Mehtiyev Zakir Heydər oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 323.11 manat əsas, 12.24 mana faiz borcu vardır. Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2017-ci il tarixli, AZ-İ seriyalı, 851881 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mehtiyev Zakir Heydər oğlu 31 dekabr 2016-cı il tarixdə Sumqayıt şəhərində ağ ciyər ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 01-ci ayının 06-cı günündə 20 nömrə ilə qeyd edilmişdir. Hökumət Ödəniş Pоrtаlının ********** nömrəli, xx.xx.2024-cü il tаriхli mədахil qəbzindən görünür ki, iddiаçı hаzırkı tələb üzrə 30 mаnаt dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Mehtiyev Zakir Heydər oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı və xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqavilələrə əsasən İddiaçı ASC tərəfindən Mehtiyev Zakir Heydər oğluna hər iki müqavilə üzrə ümumilikdə 950 manat məbləğində kredit verilmişdir. Mehtiyev Zakir Heydər oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin X11 Heydər oğlu kredit ödənişlərini vaxtlı-vaxtında icra edə bilməmişdir. Belə ki, X11 Heydər oğlunun xx.xx.2016-cı ildə öldüyünü nəzərə alaraq, onun yuxarıda adı çəkilən kredit müqavilələrinə görə borcunu onun qanun üzrə vərəsələrindən tələb edir. Bu vərəsələr: (arvadı) Cavabdeh1, (oğlu) Cavabdeh2 və (qızı) Cavabdeh3dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdehlər kredit alanın öldüyü tarixə, yəni xx.xx.2016-cı il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyırlar. Kredit alanın xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı müqaviləyə əsasən 158.01 manat əsas, 12.24 manat faiz, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə əsasən 165.2 manat əsas borcun, cəmi 335.45 manat borcu vardır. Mülki Məcəllnin 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (1626,68 manat) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın (sahəsi 96.8 kv.m təşkil edən bir mənzilin) qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MM-in 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu prezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdehlər vərəsəlik şəhadətnaməsində göstərilən əşyaları miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdehlər məhkəmə iclasında gəlməmiş, borcun (1626,68 manat) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Belə ki, MM-in 1306-cı maddəsində “özlərinin hər birinin payına mütənasib surətdə" ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” , 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə xx.xx.2012-ci il tarixli, Dk0219411/12 saylı müqavilə üzrə aşağıdakıları qeyd edir: Məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə münasibətdə hesab edir ki, həmin müqaviləyə münasibətdə iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı sayılaraq təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqavilə 60 ay, müqavilə nəzərdə tutulduğu (3.3 bəndi) kimi kartın hazırlandığı tarixdən, yəni 07 iyul 2012-ci il tarixdən etibarən hesablanmağı nəzərə alınsa (60 ay) 07 iyul 2017ci il tarixdə artıq başa çatmışdır. İddiaçı tərəfindən borcun tutulması ilə bağlı iddianın xx.xx.2024-cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də sözügedən müqavilə öhədliyi üçün cavabdehlərdən tələb edilən məbləğə münasibətdə iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə iddiaçının nümayəndəsi tərəfindən həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı ilkin iddiaçının nümayəndəsi tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar qismən təmin olunmalıdır. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, mərhum Mehtiyev Zakir Heydər oğlunun öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.1-ci maddəsinə (iddia qiyməti 1000 manatadək olduqda 30 manat) əsasən cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 30 (otuz) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı müqaviləyə əsasən 158.01 manat əsas, 12.24 manat faiz olmaqla, cəmi 170.25 manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2015-ci il tarixli, AL/94842/53/27 saylı müqaviləyə əsasən 158.01 manat əsas, 12.24 manat faiz olmaqla, cəmi 170.25 manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə yəni, xx.xx.2012-ci il tarixli, DK0219411/12 saylı müqaviləyə münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4630/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4630/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver