Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4701/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Zamin və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Zamin və Cavabdeh qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borcu 1324,48 manat, faiz borcu 369,57 manat, cərimə borcu 198,67 manat, həmçinin ərizəyə görə ödənilmiş 39,33 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumi borcu 1932,05 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 3300,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 505-OSM-0824-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli, 505-OSM-0824-21/A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Zamin durmuşdur. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin tam ödənilməsini borcalandan tələb edə bilər. Zaminlik müqaviləsinin 5.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, zamin borcalanın borcverən qarşısında götürdüyü bütün öhdəlikləri borcverənin ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Krеdit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 1324,48 manat, faiz borcu 369,57 manat, cərimə borcu 198,67 manat olmaqla, ümumi borcu 1892,72 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, götürülən bоrcun qaytarılması ilə bağlı cavabdehlər tərəfindən hеç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə xx.xx.2024-cü il tarixli, 1425/24 və 1426/24 saylı pretenziya (хəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “ünvan tam deyil”, “ünvan tapılmadı” qeydi aparılmaqla, pretenziya (xəbərdarlıq) məktublarının onlardan asılı olmayan səbəblərdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Krеdit müqaviləsinin 3.1-ci bəndinə əsаsən, borcalan müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin borcverən qarşısında müqavilə üzrə öhdəliklərin tam icrasına, həmçinin kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komissiya haqqı, cərimə, məhkəmə xərcləri və.s xərclərin ödənilməsi üçün borcalan ilə eyni həcmdə, birgə məsuliyyət daşıyır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
4. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 505-OSM-0824-21 saylı müqavilədən görünür ki, borcverən borcalana X1 tərəfindən satışı həyata keçirilən istehlak mallarını almaq məqsədi ilə 24 ay müddətinə illik 35,02 faiz dərəcəsi ilə 3300 manat məbləğində istehlak mallarını kreditə verməyi öhdəsinə götürmüşüdür.
5. 505-OSM-0824-21 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 193 manat, xx.xx.2023-cü il tarixdə 197,89 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
6. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 505-OSM-0824-21/A saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış 505-OSM-0824-21/A saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 3300 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan “BOKT” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə “BOKT” qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdehə 5 gün ərzində borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və cərimə borcunun məcburi ödənilməsi, borcun girov predmetinə yönəldilməsi tələbi ilə "xxxx" QSC tərəfindən müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 505-OSM-0824-21 saylı kredit müqaviləsi üzrə 1324,48 manat əsas borc, 369,57 manat faiz borcu, 198,67 manat cərimə olmaqla, cəmi 1892,72 manat borcu vardır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
12. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
13. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcverən borcalana X1 tərəfindən satışı həyata keçirilən istehlak mallarını almaq məqsədi ilə 24 ay müddətinə illik 35,02 faiz dərəcəsi ilə 3300 manat məbləğində istehlak mallarını kreditə verməyi öhdəsinə götürmüşüdür. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Zamin həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 198,67 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
18. Məhkəmə iddianın Zamin qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 505-OSM-0824-21/A saylı zaminlik müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış 505-OSM-0824-21/A saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 3300 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan “BOKT” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə “BOKT” qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
19. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
20. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə Zamin sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia cavabdeh Zamin dair hissədə də təmin edilməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, Zamin və Cavabdeh müştərək qaydada 1324,48 manat əsas borc, 369,57 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 1744 (min yeddi yüz qırx dörd) manat, 05 (beş) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 37 (otuz yeddi) manat, 44 (qırx dörd) qəpik hissəsi tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Zamin və Cavabdeh müştərək qaydada 1324,48 manat əsas borc, 369,57 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 1744 (min yeddi yüz qırx dörd) manat, 05 (beş) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin 37 (otuz yeddi) manat, 44 (qırx dörd) qəpik hissəsi tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva