Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-476/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 10,761 (on min yeddi yüz altmış bir) manat 75 (yetmiş beş) qəpik sığorta ödənişinin, ödənilmiş 122,28 manat dövlət rüsumunun və 0,40 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2021-ci il tarixdə Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** CG *** dövlət nəqliyyat nişanlı VAZ 11183 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə bağlanmış ** ZK *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP-4744231 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** ZK *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzinə sığorta ödənişi ödəməsi ilə bağlı "xxxx" ASC-ə zərərçəkən müraciət etmişdir. Həmin nəqliyyat vasitəsinin zərəri qiymətləndirilmiş «zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi dair hesabat»a əsasən 15761,75 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 23 aprel 2022-ci il tarixli «Sığorta aktı»na əsasən sığortalı dəymiş zərər məbləğ ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 15761,75 manat (2404,33 manat ƏDV+13357,41 manat təmir bərpa xərcləri olmaqla) məbləğində sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə 5000 (beş min) manat məbləğində vəsait ödənilmişdir. "xxxx" ASC tərəfindən 14 iyun 2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 10.761,75 manat məbləğində sığorta ödənişinin subroqasiya hüquqi əsasında geri qaytarılması barədə məktub göndərmiş, lakin həmin məbləğ ödənilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli e-2(060)-7348/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və işin hazırlıq iclasının baxılması 13 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyi alınandan sonra, icraat təzələnib və məhkəmə hazırlıq iclası 15 aprel 2024-cü il tarixə saat 11-40 təyin edilmişdir.» İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, hal-hazırda cavabdeh tərəfindən 7000 manat pul ödənilməsini nəzərə alıb, mülki işi baxılmamış saxlanması, sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə ərizənin dəlillərinə şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-476/2024 saylı mülki işi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 noyabr 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 122,40 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumları dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair ərizə baxılmamış saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-476/2024 saylı mülki işi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 noyabr 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 122,40 (yüz iyirmi iki) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Sumqayıt Şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-476/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-476/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver