Məhkəmə qərarları › İş №e-2(060)-476/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-476/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-476/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi X7 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsinə əsasən banka 300 manatlıq kredit üzrə - 29.82 manat əsas borc olmaqla, cəmi 29.82 manat, 3300 manatlıq kredit üzrə - 1571.99 manat əsas borc, 0.07 manat faiz borcu olmaqla, cəmi 1572.06 manat, ümumilikdə 1601.88 manat məbləğində kredit borcunun və ödənilmiş 36.02 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 3300 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 0 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh2 və Cavabdeh1 müəyyən edilmişdir. Maliyyə arayışına əsasən X4 xx.xx.2021-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 300 manatlıq kredit üzrə - 29.82 manat əsas borc olmaqla, cəmi 29.82 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X4 xx.xx.2021-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsin əsasən banka ödənilməmiş borcu – 3300 manatlıq kredit üzrə - 1571.99 manat əsas borc, 0.07 manat faiz borcu olmaqla, cəmi 1572.06 manat borcu qalmışdır. Ümumilikdə, X4 hər iki kredit müqaviləsi banka ödənilməmiş borcu 1601.88 manat qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun qaytarılması haqqında onlar tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1601.88 manat olduğundan, onlar tərəfindən 36.02 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

İş materialları:

3. İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X5 48 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 3300 manat kredit verilmişdir.

4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli 213RPT********** saylı kredit müqaviləsi üzrə 1571,99 manat əsas borcu və 0,07 manat faiz borcu vardır.

5. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 29,82 manat əsas borcu vardır.

6. AZ-İİ seriyalı 399031 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1637 nömrə ilə qeyd edilmişdir.

7. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1787 saylı məktubundan görünür ki, X1 mirasını Cavabdeh2 və Cavabdeh1 ərizə ilə müraciət etmiş, lakin həmin şəxslərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Ərazi idarəsinə ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 397 nömrəli məlumatdan görünür ki, 1 saylı Sumqayıt Regional ASAN Xidmət” mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə vəfat etmiş – X4 vərəsəsi – arvad – Cavabdeh2 müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 399 nömrəli məlumatdan görünür ki, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə xx.xx.2023-cü il tarixdə vəfat etmiş – X3 miras qalmış əmlakın qəbulu ilə əlaqədar xx.xx.2024-cü il tarixli müraciəti əsasında vərəsəlik işi açılmış və o, vərəsələr siyahısına daxil edilmişdir.

10. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlandığı xx.xx.2024- cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1571,99 manat məbləğində borcunun və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 29,82 manat və buna müvafiq olaraq hesablanmış faiz borcunun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişlər.

11. 08.10.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 36,02 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları:

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul edərək bildirdi ki, həmin pulu qaytarmalıdırlar. Miras-əmlakı o və oğlu qəbul etmişdir. Halhazırda həmin mənzildə yaşamırlar. Lakin həmin mənzildə qeydiyyatdadırlar.

14. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İşin faktiki halı:

15. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixli BPM**********89 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X5 48 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 3300 manat kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********89nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 0 manat məbləğində kredit kartı verilmişdir. X6 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1 mirasını Cavabdeh2 və Cavabdeh1 qəbul etmək üçün müraciət etmiş, lakin hal-hazıradək qəbul etməmişlər. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X5 "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə müddətinə illik 22 faiz ödəmək şərti ilə 3300 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 0 manat məbləğində kredit kartı verilmişdir. X6 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər mərhumdan qalmış mirası qəbul etmək üçün müraciət etmiş və miras əmlakı qəbul etmişlər.

22. Cavabdehlər mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması müəyyən edilməmişdir. Bundan əlavə borcun olduğunu cavabdeh məhkəmə iclasında qəbul etmiş və ödənilməli olduğunu bildirmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X4 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakını qəbul etdiyindən onlar mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqavilələri üzrə yaranmış əsas borc məbləğini ödəməlidirlər.

Məhkəmə xərcləri:

25. İddiaçı "xxxx" ASC ödənilmiş 36,02 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

26. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 36,02 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36,02 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə 1601,88 manat əsas borc, ödənilmiş 36,02 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1601,88 manat əsas borcun, ödənilmiş 36,02 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar