Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4776/2022 12.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddiz zərərin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 89 manat olmaqla, cəmi 6.910,74 (altı min doqquz yüz on manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında lisenziya tələb olunmayan tibbi ləvazimatların satışını həyata keçirilməsinə dair əmək müqaviləsi bağlanmış və sonuncu xx.xx.2020-ci il tarixdə işə götürülmüşdür. O bir müddət mağazada işlədikdən sonra 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində çatışmazlıq yaranmışdır. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində zərərin özü tərəfindən vurulduğu etiraf edilmiş və sonuncuya xx.xx.2021-ci il tarixdə zərəri tam şəkildə ödəməsi barədə xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlıqdan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində zərərin əvəzi ödənilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı MMC-yə vurulanzərərinvə məhkəmə rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zərurəti vardır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 89 manat olmaqla, cəmi 6.910,74 (altı min doqquz yüz on manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Kora” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC mağaza-1-ə satıcı kimi qəbul edilmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Gülmirə qızına 6821,74 manat borcu olması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 89 manat olmaqla, cəmi 6.910,74 (altı min doqquz yüz on manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6.821,74 (altı min səkkiz yüz iyirmi bir manat, yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və dövlət rüsumu olaraq ödənilmiş 89 manat olmaqla, cəmi 6.910,74 (altı min doqquz yüz on manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-4776/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4776/2022
12.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver