Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4800/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.07.2019-cu il tarixli 135023-1-14504/2 nömrəli “Nağd pul krediti müqaviləsinə əsasən 04 mart 2021ci il tarixə banka borclu olduğu 11500 ABŞ dolları məbləğində əsas borc, 8,47 manat məbləğində faiz borcu olmaqla, cəmi 10777,16 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.11.2014-cü il tarixli, 135023-CNS-12661 saylı nağd pul krediti müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin həmin müqavilə üzrə olan borcunu bağlamaq məqsədilə bankla arasında bağlanmış 10.04.2015-ci il tarixli, 135023-1-14504 nömrəli müqaviləyə əsasən cavabdehə 60 ay müdətinə illik 22 % hesablanması şərtilə 11775 ABŞ dolları məbləğində verilmiş kredit vəsaitinin hesabına onun əvvəlki kredit müqaviləsi üzrə banka olan borcu silinmişdir. Tərəflər arasında bağlanmış 10.04.2015-ci il tarixli müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 07.10.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən cavabdehin 07 oktyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq və manata konvertasiya edilərək 12687 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 54 ay müddətinə, yəni 07.04.2020-ci il tarixədək qaytarmağı və illik 27 faiz ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehin əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restrukturizasiya edilməsi məqsədi ilə tərəflər arasında 05.07.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 11182 manat məbləğində müəyyən edilmiş və cavabdehin həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öndəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 07 sentyabr 2020-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 04 mart 2021-ci il tarixə 10768,69 manat əsas borcu, 8.47 manat faiz borcu, ümumilikdə isə 10777,16 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan tərəflər arasında bağlanmış 10.04.2015-ci il tarixli 135023-1-14504 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən iddiaçı cavabdehə cavabdehə 60 ay müdətinə illik 22 % hesablanması şərtilə 11,775 ABŞ dolları məbləğində kredit vermiş, cavabdeh isə kredit borcunu ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər bağlanmış 10.04.2015-ci il tarixli müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 07.10.2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən cavabdehin həmin tarixə mövcud olan borcu kapitallaşdırılaraq və manata konvertasiya edilərək 12687 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 54 ay müddətinə, yəni 07.04.2020-ci il tarixədək qaytarmağı və illik 27 faiz ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 05.07.2019-cu il tarixli, 135023-1-14504/2 saylı restrukturizasiya müqaviləsinə əsasən kreditin məbləği 11182 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə qaytarmağı öndəsinə götürmüşdür. İşdə olan 07.10.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh sonuncu ödəniş tarixi 05.07.2024-cü il olmaqla hər ay 237,75 manat, sonuncu ay isə 237,35 manat ödəməlidir. İşdə olan maliyyə arayışında göstərilmişdir ki, cavabdehin 04.03.2021-ci il tarixinə banka 10768 manat məbləğində əsas borcu, 8,47 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə olmaqla, cəmi 10777,16 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Aəzrbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsinin 5.1.3-cü maddəsinə əsasən ödəniş cədvəlinə əsasən müəyyən edilmiş müddətlər kreditalan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10768,69 manat əsas borc, 8,47 manat faiz borcu olmaqla, cəmi 10777 (on min yeddi yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsum və 40 qəpik bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4800/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4800/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver