Məhkəmə qərarları › İş №e-2(060)-484/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-484/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-484/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcun və ödənilmiş 32,55 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X1 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır. Cavabdehlər mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 6-2-22/2-32893/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsindən görünür ki, X2 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir . - AZ-İİ 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1880 saylı məktubundan görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. - Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3301 saylı məktubundan görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır, X4 tərəfindən miras əmlakın qəbulu və ya imtinası hqqında ərizə daxil olmamışdır. Miras əmlaka dair vərəsələrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 illik 29 %-lə, 44 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 063905 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X1 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 notariat ofisinə müraciət etmiş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, X1 xx.xx.2024cü ilədək Banka ödənilməmiş 1254,64 manat əsas borcu olmaqla, cəmi 1254,64 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən ‘‘qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi üzrə X1 borcu onun vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Ona görə də iddiaçının xx.xx.2018-ci il tarixli 1944-xx.xx.2018-002835 nömrəli kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1254,64 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 32,55 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, X1 vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 nağd kredit ilə əlaqədar əsas borc üzrə 1254,64 manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 32,55 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X1 vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 nağd kredit ilə əlaqədar əsas borc üzrə 1254,64 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,55 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar