Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4844/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2023-cü il tarixli AL/64849/90/11 saylı müqaviləyə əsasən 451.8 manat əsas 4.37 manat faiz 2 manat cərimə borcu cəmi 458.17 manat və xx.xx.2022-ci il tarixli CC/62486/85/11 saylı müqaviləyə əsasən 7840.89 manat əsas 13.74 manat faiz 3.57 manat cərimə borcu cəmi 7858.2 manat və hər kredit üzrə cəmi 99 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL/64849/90/11 saylı, müqaviləyə əsasən 1,900 manat, xx.xx.2022-ci il tarixli CC/62486/85/11 saylı, müqaviləyə əsasən 9850 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X5 8.316.37 manat borcu vardır. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən X3 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, yoldaşından heç bir miras qalmamışdır. O da hazırda işləmir.394 manat pensiya alır. Mərhum yoldaşı 2 bankdan kredit götürmüşdür. Bir bankdan onun kredit borcuna görə 197 manat tutmuşdurlar.Öz kreditinə görə də 199 manat ödəyəcəkdir. Yoldaşı xərçəng xəstəsi olmuş, onun vəfatı ilə əlaqədar yalnız 3035 manat dəfn pulu almışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X5 arasında İddiaçı ASC–nin müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında xx.xx.2023-cü il tarixli AL/64849/90/11 saylı müqaviləyə bağlanmış xx.xx.2022-ci il tarixli, CC/62486/85/11 saylı sazişə əsasən X4 maksimal illik faiz dərəcəsi 25 faiz, maksimal istifadə müddəti 59 ay olmaqla, 10000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş “Balansdankənar məxaric orderi”ndən görünür ki, X5 tərəfindən 1 ədəd “X10 Credit Contactless” növlü kart qəbul edilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, AL/64849/90/11 saylı müqaviləyə 451,8 əsas borc, 4,37 manat faiz, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli, CC/62486/85/11 saylı müqaviləyə əsasən 7840.89 manat əsas, 13.74 manat faiz borcu, 3.57 manat cərimə borcu vardır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vəfat etmiş X3 vərəsələri Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası TƏBİB Publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-66/2-1588/2023 nömrəli məktuba əsasən mərhum X3 adına ödənilməmiş 3050 manat pul məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2(105)-196/2025 saylı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(060)-5593/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi,həmin hissədə iddia təmin edilməsi,Cavabdeh Camallədin oğlundan 4381.22 manat, ödənilmiş 63.82 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 4445.44 manat tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh ntərəfinən verilmiş apellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 99 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, , X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL/64849/90/11 saylı, xx.xx.2022ci il tarixli, CC/62486/85/11 sayl saylı müqavilələrə əsasən bank ona ümumilikdə 10000 manat məbləğlərində kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 7858,2 manat məbləğində borcu qalmışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və əri Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi olaraq müəyyən edilmişdir. X3 əri Cavabdeh , X3 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Şirinov Cavabdeh Şəlalə Kamil qızından qalmış əmlakı miras kimi qəbul etmişdir. X3 əri Şirinov Cavabdeh Şəlalə Kamil qızı öldüyü zaman onun mülkiyyətində olmuş pul vəsaitinə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 əri Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında müəyyən edildiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 99 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli AL/64849/90/11 saylı müqaviləyə əsasən 451.8 manat əsas 4.37 manat faiz 2 manat cərimə borcu cəmi 458.17 manat və xx.xx.2022-ci il tarixli CC/62486/85/11 saylı müqaviləyə əsasən 7840.89 manat əsas 13.74 manat faiz 3.57 manat cərimə borcu cəmi 7858.2 manat (yeddi min səkkiz yüz əlli səkkiz manat iyirmi qəpik) manat borc pul və 99 (doxsan doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC- yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4844/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4844/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver