Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4909/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0000006 saylı kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə əsas kredit müqaviləsi borcu üzrə 1282,74 AZN ( min iki yüz səksən iki manat yetmiş dörd qəpik), faiz borcu 176,61 AZN (yüz yetmiş altı manat altmış bir qəpik), cərimə borcu 106,48 AZN (yüz altı manat qırx səkkiz qəpik) olmaqla, ümumilikdə 1565,83 AZN ( min beş yüz altmış beş manat səksən üç qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 35,66 AZN (otuz beş manat altmış altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********0000006 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 19% hesablanmaqla 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, **********000006 saylı kredit müqaviləsinin: 4.1. Borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 18 (on səkkiz) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. 5.3. Kredit üzrə faizlər kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayna görə hər gün illik 19%-lə günü əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi və qaytarıldığı günlər üçün də hesablanır. 6.2. Borcun faktiki olaraq ödənildiyi tarixədək, gecikdirilənəsas məbləğə 5.3. bəndində göstərilmiş faiz dərəcəsinin 1 günə düşən hissəsinin (19%) iki qatı (38%) qədər gündəlik dəbbə pulu hesablanır və Borcalan tərəfindən ödənilir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə əsas borcu 1.282,74 AZN ( min iki yüz səksən iki manat yetmiş dörd qəpik), faiz borcu 176,61 AZN (yüz yetmiş altı manat altmiş bir qəpik), cərimə borcu 106,48 AZN (yüz altı manat qırx səkkiz qəpik qəpik) təşkil edir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №**********00006 saylı “Kredit müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh istehlak yönümlü 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №**********000006 saylı “Kredit müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas, faiz borc və cərimə hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, №**********000006 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə əsas kredit müqaviləsi borcu üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 1.282,74 AZN ( min iki yüz səksən iki manat yetmiş dörd qəpik), faiz borcu 176,61 AZN (yüz yetmiş altı manat altmiş bir qəpik), cərimə borcu 5 AZN (beş manat) olmaqla, ümumilikdə 1464.35 manat (min dörd yüz altmış bir manat otuz beş qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 35,66 manat (otuz beş manat altmış altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, №**********000006 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə əsas kredit müqaviləsi borcu üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 1.282,74 AZN ( min iki yüz səksən iki manat yetmiş dörd qəpik), faiz borcu 176,61 AZN (yüz yetmiş altı manat altmiş bir qəpik), cərimə borcu 5 AZN (beş manat) olmaqla, ümumilikdə 1464.35 manat (min dörd yüz altmış bir manat otuz beş qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 35,66 manat (otuz beş manat altmış altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-4909/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4909/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver