Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-498/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilkin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pulun və 342 (üç yüz qırx iki) manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisində 21.09.2021 tarixdə aldatma nəticəsində qeydə alınmış onun (borcalan) tərəfindən İddiaçı (borc verən) 83 min 800 manat civarında pulun borca alınması haqqında kredit müqaviləsinin qeydə aldığı gündən etibarsız sayılıb ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 21.09.2021-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən 3 saylı notariat ofisində tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Müqavilənin ikinci bəndinə əsasən cavabdeh borcunu 16.10.2021-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürsə də yerinə yetirməmişdir. Həmin müqavilənin 11-ci bəndinə görə, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borcun qaytarılma müddəti başa çatdığı tarixdən sonra iddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl “mübahisənin məhkəməyə qədər nizama salınmasına dair” pretenziya qaydasında cavabdehə yazılı müraciət edərək sonuncuya borcun qaytarılması üçün 05.11.2021-ci il tarixinədək müddət tanısa da heç bir nəticə əldə etməmişdir. Cavabdeh pretenziyaya cavab verməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddia tələbinə etiraz etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.M.Mustafayeva tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.M.Mustafayevaya və iddiaçının özünə ərizə ilə müraciət etmişdir. İddiaçı onun qardaşı X2 arvadı tərəfindən qohumudur və hazırki mübahisələndirilən 21.09.2021-ci il tarixli kredit müqaviləsi 2(105)-3570/2021 saylı mülki işlə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli qətnaməsində əks olunmuş mübahisə ilə bir başa bağlıdır. O nə iddiaçıdan, nə də qardaşı X1 pul almamışdır. Belə ki, onun arvadı X9 ilə ailə mübahisəsi olduğundan iddiaçı qismində X8 ona qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 saylı evin 34 saylı mənzili ½ nisbətində aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X9 iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 evin 34 saylı mənzili mülkiyyət hüququ üzərində 1\2 nisbətində payların iddiaçı və cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Həmin ərəfədə Qusar rayon məhkəməsində arvadı Mirzəyeva Lalənin ona qarşı nikahın pozulması barədə iddiası əsasında mülki iş olmuşdur. Ona kömək etmək məqsədi ilə qardaşı X5 arvadı ilə əmlak bölgüsünə dair mübahisəyə qatılmışdır. Qardaşı mənkəməyə mübahisəli predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ona və arvadı Lalə Mirzəyevaya qarşı 16.07.2001-ci ildə nikah dövründə arvadı ilə ümumi pulların hesabına aldıqları Sumqayıt şəhəri, 36-ci məhəllə, 27/10 evin 34 saylı mənzili guya onun pulu ilə alınmasını iddia edərək iddia ərizəsi ilə müraciət etmişdir. Sövdələşmə nəticəsində o həmin iddianın əsas olduğunu qəbul etmişdir. Hazırda İddiaçı vəkili və nümayəndəsi olan Vəkil1 qardaşı olan müstəqil tələb irəli sürən 3-cü şəxs X3 təmsil edirdi. O, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən Vəkil1 ofisinə gətirilərək aldatma nəticəsində, qardaşı Yavər və vəkili olan Vəkil1 diktəsi ilə qardaşı Yavərdən güya 2016-ci ildə beş il müddətinə 72 min manatın borca alınmasına dair iltizam yazıb vermişdir. O, onların onu aldada biləcəklərinə və ona qarşı həmin iltizamı işlədə biləcəklərinə inanmayıb. Sumqayıt şəhər məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsi ilə arvadı iddiaçı X6 iddiası təmin olunmuşdur. Mübahisəli mənzil ər arvad arasında bərabər paylar üzrə bölünmüşdür. 3-cü şəxs Yavər Mirzəzadənin iddia ərizəsi təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, 3-cü şəxsin onlara qarşı iddiası əsassızdır. Onun 3-cü şəxs Y.A.Mirzəzadənin iddiasını etiraf etməsi isə onun xeyirinə məqsədini daşıyır. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kolegiyasının 2(105)- 3570/2021 saylı, 15.11.2021-ci il tarixli qətnaməsi ilə 3-cü şəxs Yavər Mirzəzadənin apellyasiya şikayəti təmin olunmamış, şikayət olunan qətnamə dəyişdirilməmiş saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən sonra qardaşı Yavər Mirzazadə ona demişdir ki, yeni borc iltizamı lazımdır ki, qanuna uyğun olsun və onun adı orda olmasın. Mübahisəli mənzilin qiyməti hazırda 83 min manat təşkil edir və həmin qiymətə qanuna uyğun olaraq notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsi lazımdır ki, sonradan həmin borcun qaytarılması mənzilə yönəldilsin. O onunla razılaşaraq hazırki mübahisələndirdiyi İddiaçı güya 83 min manatı aldığı barədə 21.09.2021 tarixli kredit müqaviləsini notariusda imzalamışdır. Sonra isə ondan 72 min manata dair birinci borc iltizamının cırılmasını xahiş etmişdir. Onu arxayın etmişlər ki, iltizam evdədir və onu məhv edəcək. Daha sonra, üç dəfə dələduzluq üstündə məhkum olunmuş qardaşı Yavər Mirzəzadə ona qarşı Sumqayıt şəhər məhkəməsinə borc tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O məhkəmədə 72 min manat borcunun olmasını təkzib etmişdir. İddia təmin olunmuşdur. Həmin işi qardaşının nümayəndəsi həmin Vəkil1 aparmışdır. Daha sonra qardaşının nümayəndəsi olan həmin Vəkil1 İddiaçı adından Sumqayıt şəhər məhkəməsinə hazırda mübahisələndirilən 83 min manatın 21.09.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun ondan tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra o başa düşmüşdür ki, X4, onun qahumu hazırda İddiaçı və onların nümayəndəsi və vəkili Vəkil1 onu aldadaraq, güya onun onlardan pulun alınmasına dair borc müqavilələrini imza etdirərək, həmin pula (əmlaka) hüququn əldə olunmasına nail olmuşdurlar. O 72 min manatı almaması ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisində 21.09.2021 tarixdə aldatma nəticəsində qeydə alınmış onun tərəfindən (borcalan) İddiaçı (borc verən) güya 83 min 800 manat civarında pulun borca alınması haqqında kredit müqaviləsi qeydə aldığı gündən etibarsız sayılıb ləğv edilməsi haqqında həmin notariusa ərizə ilə 01.02.2021-ci il tarixdə müraciət etmişdir. Borcunun mövcud olmamasını və yalan borcu ödəməyə razı olmadığını, aldatma nəticəsində kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçıya və məhkəmədə dəfələrlə etirazını bildirmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili nümayəndəsi və Vəkil2 məhkəmə iclasında ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, o Cavabdeh həyat yoldaşıdır. Həyat yoldaşı iddiaçıdan sözü gedən məbləğdə borcu almamışdır, həmin müqavilə aldatma nəticəsində qondarma şəkildə tərtib edilmişdir. Üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 21.09.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində pul borc vermişdir. Borc alan krediti 16.10.2021-ci il tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.09.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində pulu Notariusun hesabına köçürmüşdür. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə verdiyi 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borcu 05 noyabr 2021-ci il tarixədək ödəməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbardar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə idiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisində 21.09.2021 tarixdə aldatma nəticəsində qeydə alınmış onun tərəfindən İddiaçı 83 min 800 manat civarında pulun borca alınması haqqında kredit müqaviləsinin qeydə alındığı gündən etibarsız sayılıb ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etsə də, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallara dair məhkəməyə mötəbər dəllillər təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilməli və Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 83.800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №e-2(060)-498/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-498/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver