Məhkəmə qərarları › İş №e-2(060)-4995/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4995/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4995/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dairkiçik iddiasına baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2393.90 manat əsas, 215.1 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 2709 (iki min yeddi yüz doqquz) manat və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0006227-2022 nömrəli Çərçivə Kredit Müqaviləsinin 5.7.2-ci maddəsinə əsasən Borc alan tərəfindən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq miqdarda gecikdirildikdə borc vrən kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə bilər. Həmin müqavilənin 5.8-ci maddəsinə əsaəsn borc verənin bu müqavilənin 5.7-ci bəndində göstərilən hüququndan istifadəsi zamanı həmin bənddə nəzərdə tutulmuş halların baş verməsi və ya mövcudluğu müəyyən edildikdən sonra Borc verən Borc alana kredit xəttinin vaxtından əvvəl qaytarılması və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin ödənilməsi barədə yazılı bildiriş göndərir və Borc alan bu bildirişin xəbərnaməsinin Borc verənə çatması tarixindən 7 təqvim günü müddətində tələb olunan məbləğləri Borc verənə ödəməlidir. İş materiallarına iddiaçının pretenziya qaydasına riayət etməsinə dair hər hansı sənəd əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına lazımı formada riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilib-itirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar