Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4997/2022 14.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 4069/1SF nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehdən xx.xx.2019-cu il tarixli, 4069/1SF nömrəli kredit müqaviləsi üzrə 637,22 manat əsas, 12,83 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia ərizəsi iddiaçının nümayəndəsi kimi Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin problemli kreditlərlə iş idaarəsinin rəisi Elnur Quliyev tərəfindən Nümayəndə verilmiş 14 iyun 2022-ci il tarixli etibarnamə mövcuddur. Lakin həmin səlahiyyətin hüquqi şəxsin rəhbəri tərəfindən Elnur Quliyevə verilməsi barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2.). Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və digər tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4997/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4997/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver