Məhkəmə qərarları › İş №e-2(060)-5022/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5022/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5022/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 11 fevral 2021-ci il tarixli, PRL-211-0012-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 371,62 manat əsas kredit borcu, 27,37 manat cərimə olmaqla, cəmi 398,99 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanayaraq bildirmişdir ki, sözügedən işlə bağlı cavabdeh tərəfindən iddiaçı qarşısında olan öhdəliklər icra edildiyinə görə halhazırda həmin işə məhkəmə qaydasında baxılması zərurəti aradan qalxmışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddiadan imtina edilməsi barədə ərizənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir (261.0.4.). Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-ə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.4.). İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Hazırkı iş üzrə icraata xitam verildiyi üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MJ FİNANCİAL SERVİCES BOKT" QSC-nin iddia ərizəsinin verilməsi üçün ********* saylı qəbzə əsasən ödədiyi 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar