Məhkəmə qərarları › İş №e-2(060)-5052/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5052/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5052/2020 02.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə” dair mülkiişə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə bağlanmış SUM 7120 saylı nisyə alqı-satqı müqaviləsi üzrə və Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə bağlanmış SUM 7120 saylı zaminlik müqaviləsi üzrə İddiaçı MMC-nin xeyrinə 112 ABŞ dolları əsas borc, 22 ABŞ dolları cərimə və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli SUM 7120 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən,cavabdeh ümumi qiyməti 149 ABŞ dolları dəyərində olan “Aplle iphone 5 S black”markalı mobil telefon almışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh xx.xx.2019-cu il tarixdə 20 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 17 ABŞ dolları ödəmiş. Lakin, sonradan ödəmə qrafiki üzrə ödəməli olan məbləği ödəməmiş və bununlada müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək, nisyə alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.Cavabdeh2 xx.xx.2018-ci il tarixli SUM 7120 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2018-ci il tarixdə zamin durmuşdur.Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir) həcmində satıcının xeyrinə cərimə ödəyir.Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 112 ABŞ dolları məbləğində borcunu hissə-hissə 6 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırki vaxta ödənilməmiş 112 ABŞ dolları məbləğində borcu yaranmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli SUM 7120 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi qiyməti 149 ABŞ dolları dəyərində olan “Aplle iphone 5 S black” markalı mobil telefon almışdır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli SUM 7120 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2018-ci il tarixdə zamin durmuşdur İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 112 ABŞ dolları məbləğində əsas borcuvə 22 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1nisyə alqısatqı müqaviləsi üzrə borcunu ödəməsi üçün İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəiştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bunəticəyəgəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 134 ABŞ dollar borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 112 (yüz on iki) ABŞ dolları əsas borc, 22 (iyirmi iki) ABŞ dolları cərimə olmaqla cəmi 134 (yüz otuz dört) ABŞ dolları borc və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar