Məhkəmə qərarları › İş №e-2(060)-5065/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5065/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5065/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6000 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 80 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli borc müqaviləsi əsasında iddiaçı cavabdehə 6000 manat mablaginda borc pul vermişdir. Cavabdeh 2022ci ilin iyun ayından baglayaraq 12 ay müddatinə har ay 500 manat məbləğinda pulu qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Ona gore da iddiaçı məhkəməyə muraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehi əvvəlcədən tanıyırdı. Onlar arasında işgüzar münasibətlər olub. O, fərdi sahibkar statusuna malik deyil. Pulu cavabdehə borca verib. Lakin, cavabdeh həmin pulu lotoreyaya qoyaraq uduzub. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddianı etiraf edir. Belə ki, iddiaçı ilə aralarında 2014-cü ildən etibarən işgüzar münasibətlər olub. Həqiqətən iddiaçı ona borc müqaviləsi əsasında 6000 manat borc pul verib. O, həmin pulu ticarətə yatırıb. Lakin, ziyana uğradığı üçün hazırda pulu qaytara bilmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1987-ci ildə anadan olub. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə anadan olub və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 6000 manat borc pul vermiş və cavabdeh həmin pulu 2022-ci ilin iyun ayından başlayaraq 12 ay müddətinə, hər ay 500 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 80 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1.). İddiaçı hazırda cavabdehə 6000 manat məbləğində borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək həmin pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan həqiqətən 6000 manat borc pul aldığını və maddi imkanı olmadığı üçün qaytara bilmdəyini, həmçinin işdə olan borc müqaviləsindəki imzanın ona məxsus olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6000 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6000 (altı min) manat pul və 80 (səksən) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar